Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:48

«BP Azərbaycanda strateji mövcudluğa ciddi yanaşır»


Seçkilər şəffaf olmalıdır...
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00
-
«Britaniya hökuməti istər insan hüquqları, istərsə də söz azadlığının həmişə yanında olub».

Bakıda səfərdə olan Britaniya Xarici İşlər nazirinin müavini Simon Fraser jurnalistlərə açıqlamasında belə deyib:

«Azərbaycanla xeyli sayda birgə maraqlarımız var. Bunun bir qismi də iqtisadi maraqlardır. Bu hər iki ölkə üçün əhəmiyyətlidir. Amma imkan daxilində biz istər insan hüquqları, istərsə də söz azadlıqları məsələlərində öz narahatlığımızı ifadə edirik. Bu, göz qabağındadır».

Bakıda son etiraz aksiyalarından xəbərdar olduğunu deyən S.Fraser bildirib ki, bu məsələni prezident İlham Əliyevlə də müzakirə edib. Bu görüşdə 2013-cü il prezident seçkisi barədə də danışılıb:

«Britaniya hökuməti düşünür ki, seçkilər şəffaf şəraitdə keçirilməlidir, ölkədə söz azadlığı olmalıdır və insanlar dinc etiraz etmək hüquqlarından istifadə etməlidir. Bu bütün ölkələrə aid bir məsələdir».

Britaniya rəsmisi prezident İlham Əliyevlə BP ilə bağlı da fikir mübadiləsi apardığını deyir:

«BP Azərbaycanda ən böyük xarici investordur. Mən əminəm ki, BP bu ölkədə strateji mövcudluğa ciddi yanaşan qurumdur. İnanıram ki, bu, həm də Azərbaycan hökumətinin niyyətlərinə daxildir».
XS
SM
MD
LG