Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

«Əliyev bp ilə münaqişəni ört-basdır etdi»


İlham Əliyev
İlham Əliyev
-
Dekabrın 21-də dərc olunan qəzetlərin icmalı:

«Azadlıq» qəzeti yazır ki, prezident İlham Əliyev 18 dekabrda «Azəri-Çıraq-Günəşli» layihəsinin operatoru Britaniyanın BP şirkətinin ünvanına səsləndirdiyi sərt tənqidi rədd etdi:
«Azərbaycan prezidentinin tələsik bəyanatı BP-nin baş direktoru Bobert Dadi ilə görüşdən dərhal sonra səsləndirldi».
Qəzet İlham Əliyevin oktyabrın 10-da hökumətin iclasında BP-ni hasilatı azaltmaqda ittiham etdiyini xatırladır. «Onun öz bəyanatını diplomatikcəsinə rədd etməsini kompromisə hazırlıq kimi qəbul etmək olar».
«QUBA MƏHKƏMƏSİNDƏ PROKUROR AĞLADI»
«Bizim yol» qəzeti yazır ki, dünən Quba rayon Məhkəməsində 1 mart hadisələrində təqsirləndirilən 7 nəfərin işi ilə bağlı iclasda prokuror ağlayıb. Prokuror Soltanməhəmməd İsmayılov təqsirləndirilən şəxlərə azadlıqdan məhrumetmə cəzası tələb edəndə gözləri yaşla dolub «Təxminən bir dəqiqə ərzində nitqini davam etdirməyə çətinlik çəkən prokuror təqsirləndirilən şəxslərə cəza istəməyin onun üçün ağır olduğunu deyib: «Onları öz ailələrindən ayırmaq ağırdır, amma biz bu məsuliyyəti üzərimizə götürməyə məcburuq». Dövlət ittihamçısı ittiham olunanların 5 il azadlıqdan məhrum edilməsini istəyib.
QIŞ PALTARLARINDA ENDİRİM OYUNU
«Yeni Müsavat» qəzeti yazır ki, bayram ərəfəsində mağazalar müştəriləri aldatmağa cəhd edir: «Qarşısında 50-70 faiz endirim yazılan dükanlardan birinə daxil olduq. Aydın oldu ki, endirimlər bütün mallara tətbiq olunmayıb. Yalnız yaz və payız fəslinə uyğun geyimlərə şamil olunur. Satıcılarla söhbət zamanı bildirdilər ki, ötən illə müqayisədə bu il qış geyimləri bahalaşıb».
«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyevin dekabrın 20-də Qusarda «Urva-1» kiçik su elektrik stansiyasının, Qusar-Əniğ-Ləzə avtomobil yolunun, «Zirvə» və «Qaya» otellərinin açılışında iştirak etməsindən yazıb. «Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva «Şahdağ Resort SPA» otelində aparılan tikinti işlərinin gedişi ilə tanış oldular. Məlumat verildi ki, geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaq. Oteldə ümumilikdə 173 otaq olacaqdır ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaq».
XS
SM
MD
LG