Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 12:19
-

BP şirkəti noyabrın 2-də Rəşid Cavanşirin strategiya və inteqrasiya bölümü üzrə baş vitse-prezident təyin olunduğunu elan edib.

Rəşid Cavanşir 2009-cu ilin sentyabr ayından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionundakı biznesinə rəhbərlik edirdi. Onu Gordon Birell əvəz edəcək. Gordon Birell yeni vəzifəsinin icrasına noyabrın 15-dən başlayır.

Gordon Birell hazırda BP-nin hasilat bölümü üzrə texniki təhlükəsizlik və əməliyyat riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.

Məlumatı BP-nin Bakı ofisinin mətbuat xidməti yayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG