Venesuelanın prezidenti Hugo Chavez ölüb. Bu haqda rəsmi açıqlamanı vice-prezident Nicolas Maduro Venesuela xalqına müraciətində edib. 2011-ci ildə Chavez-in xərcəng xəstəliyi haqda məlumatlar yayıldı. O, Kubada əməliyyat və müalicə olunmuşdu. Lakin onun xəstəliyinin nə dərəcədə ciddi olması haqda məlumatlar gizli saxlanılırdı. 2012-ci ildə, prezident seçilsə də, Chavez xəstəlik səbəbindən heç vaxt yeni dövr hakimiyyətinin icrasına başlaya bilmədi.
Hugo Chavez öldü
13
Venesuela prezidenti Hugo Chavez və Livya lideri Muammar Gaddafinin görüşü
14
İran prezidenti Mohammad Khatami Hugo Chavezlə görüş zamanı, Tehran, 2000
15
Paytaxt Karakasda Belarus prezidentini salamlayarkən
16
Alyaksandr Lukashenka və Hugo Chavez Karakasda görüş zamanı