AzadlıqRadiosu (ilk günlərdə Qurtuluş Radiosu adlanırdı) 1953-cü il martın 1-də Münhendən keçmiş Sovet İttifaqı regionuna ilk verilişlərini yaymağa başlayıb. Həmin il martın 5-də Sovet lideri İosif Stalinin ölümü və bu hadisəni işıqlandırması ilə radio qısa müddətdə olduqca populyar olmuşdu. Beləcə radio dissidentlər, kommunist rejimlərinə müxalifətdə olanlara da efir vaxtı verməklə soyuq müharibə illərində Dəmir Pərdə-nin o tayındakı sovet xalqlarının əsas informasiya mənbəyinə çevrildi. 1995-ci ildən bu yana Çex Respublikasının paytaxtı Praqada yerləşən radio müstəqil medianın sıxışdırıldığı ölkələrin xalqlarına müstəqil informasiyaların çatdırılmasında əsas rolu oynayır. AzadlıqRadiosunun tarixindən fotolar.
AzadlıqRadiosu 60 illiyini qeyd edir
9
1976-cı il. Azadlıq və Azad Avropa bir radio kimi birləşib. Radionun Münhendəki İngilis Bağı adlanan yerdəki ofisi.
10
AzadlıqRadiosunun yayıma nəzarət otağı, Münhen, 1980-ci illər.
11
AzadlıqRadiosunun Çex Respublikasının paytaxtı Praqada Baş ofisinin yerləşdiyi bina.