-
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri
Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.
23.2. AR-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.
23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.
Maddə 18. ...habelə icazələrin bəzi növlərinin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri
Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri
STANDARTLAŞDIRMA İŞLƏRİ ÜÇÜN RÜSUMLAR
Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri
Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.
Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı (şəhər, rayon (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI
Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.
5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI
Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün. |
220 manat |
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün. | 3 manat |
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün. | 11 manat |
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün. | bu Qanunun 20.1—20.3-cü maddələrində göstərilən məbləğin 50 faizi |
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün. | 2 manat |
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) | 1 manat |
QEYDİYYAT ZAMANI RÜSUMDAN AZAD OLUNMALAR
Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar
20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.
20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.
Maddə 22. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
22.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün təqdim edilmiş sənədlərə rəy verilməsinə görə. | 11 manat |
22.2. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə. | 110 manatdan - 22000 manatadək |
LİSENZİYA ALAN ZAMAN GÜZƏŞTLƏR
Maddə 23. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üzrə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
23.1. Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun məbləği müəyyən edilmədiyi hallarda dövlət rüsumu bu Qanunun 22.2-ci maddəsində müəyyən edilmiş minimal hədd məbləğində ödənilir.
23.2. AR-in 3 dekabr 2004-cü il tarixli Qanunu ilə çıxarılmışdır.
23.3. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və ya fiziki şəxsin adının, təşkilati-hüquqi formasının dəyişdiyi halda və ya fəaliyyəti dayandırılmış xüsusi razılığın (lisenziyanın) bərpa edilməsi hallarında xüsusi razılıq (lisenziya) yenidən rəsmiləşdirilərkən dövlət rüsumu tutulmur.
ƏCNƏBİLƏRƏ İŞ İCAZƏSİNİN VERİLMƏSİ ÜÇÜN RÜSUMLAR
Maddə 18. ...habelə icazələrin bəzi növlərinin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
18.58. Əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə: | |
18.58.1. ilkin icazəyə görə | 1000 manat |
18.58.2. icazənin müddətinin uzadılmasına görə | 1000 manat |
ZƏRGƏRLİK SAHƏSİNDƏ FƏALİYYƏT ÜÇÜN RÜSUMLAR
Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün) |
2 manat |
27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) |
2 manat |
27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) |
20 qəpik |
27-1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) |
6 manat |
27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı: | |
27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün |
4 manat |
27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün |
2 manat |
QİYMƏTLİ KAĞIZLAR ÜÇÜN DÖVLƏT RÜSUMLARI
Maddə 21. Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
21.1. Qiymətli kağızların emissiya prospektinin qeydiyyata alınması üçün: | |
21.1.1. emissiya məbləği 99000 manatadək olduqda; | 220 manat |
21.1.2. emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda; | 440 manat |
21.1.3. emissiya məbləği 198000 manatdan çox olduqda. | 880 manat |
21.2. Depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün. | 1100 manat |
21.3. Veksellərin dövlət reyestrinə daxil edilməsi üçün. | 3 manat |
21.4. çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün). | 1 manat |
21.5. İpoteka kağızının dövlət qeydiyyatı üçün | 5 manat |
21.6. İpoteka kağızının əlavə qeydiyyatı üçün | 2 manat |
STANDARTLAŞDIRMA İŞLƏRİ ÜÇÜN RÜSUMLAR
Maddə 30. Standartlaşdırma və metrologiya sahəsində hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
30.1. Məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması: | |
30.1.1. Məhsulların (işlərin, xidmətlərin) istehsalına və idxal-ixracına sertifikatın verilməsi | 20 manat |
30.1.2. İdarəetmə sistemlərinə (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatın verilməsi | 20 manat |
30.1.3. İdarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) yaradılması sahəsində fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərin AZS Milli Sertifikatlaşdırma Sistemində qeydiyyatı | 20 manat |
30.1.4. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının keyfiyyət sertifikatının verilməsi | 20 manat |
30.2. Laboratoriya (sınaq və kalibrləmə) və sertifikatlaşdırma üzrə orqanın akkreditasiya olunması barədə attestatın verilməsi: | |
30.2.1. Sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi | 20 manat |
30.2.2. Sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi | 20 manat |
30.3. Standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması | 2 manat |
30.4. Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq sertifikatın verilməsi | 20 manat |
Maddə 30-1. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi | 20 manat |
BEYNƏLXALQ AVTOMOBİL DAŞINMALARI ÜÇÜN RÜSUMLAR
Maddə 24. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
24.1. Giriş-çıxış və tranzit gedişinə görə: | |
24.1.1. Azərbaycan Respublikasının avtomobil daşıyıcılarının başqa ölkələrə getməsi üçün: | |
24.1.1.1. yük avtomobil daşıyıcılarına görə | hər bir icazə üçün 20 ABŞ dolları |
24.1.1.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 10 ABŞ dolları |
24.1.2. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı: | |
24.1.2.1. yük avtomobilləri üçün | hər bir icazə üçün 100 ABŞ dolları |
24.1.2.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 50 ABŞ dolları |
24.1.3. Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün: | |
24.1.3.1. yük avtomobilləri üçün | hər bir icazə üçün 150 ABŞ dolları |
24.1.3.2. sərnişin avtobusları üçün | hər bir icazə üçün 75 ABŞ dolları |
24.2. Xarici avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. | hər bir icazə üçün 100 ABŞ dolları |
24.3. Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. | hər bir icazə üçün 600 ABŞ dolları |
24.4. Xarici nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün: | |
24.4.1. yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün; | hər bir icazə üçün 350 ABŞ dolları |
24.4.2. avtobusların sərnişinsiz daxil olması üçün. | hər bir icazə üçün 80 ABŞ dolları |
24.5. İri tonnajlı xarici yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün. | hər bir icazə üçün 25 ABŞ dolları |
24.6. Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda. |
hər bir icazə üçün 400 ABŞ dolları |
24.7. «Avropa Nəqliyyat Nazirləri Konfransı»nın jurnallarının satışı | hər bir vahidinə görə 500 ABŞ dolları. |
Maddə 25. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun tutulmasının xüsusiyyətləri
Azərbaycan Respublikasının avtomobil daşıyıcılarına digər dövlətlərdə bu Qanunla müəyyən edilmiş dövlət rüsumundan əlavə dövlət rüsumu tətbiq edildikdə həmin ölkələrin avtomobil daşıyıcılarına eyni qaydada dövlət rüsumu tətbiq edilir.
DƏNİZÇİLİK SAHƏSİNDƏ XİDMƏTLƏR ÜÇÜN RÜSUMLAR
Maddə 28. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
28.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.2. Berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi | 50 manat |
28.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.4. Heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi | 40 manat |
28.5. Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.6. Gəmi Reyestrindən çıxarışın verilməsi | 25 manat |
28.7. Gəminin «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.8. Gəminin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.9. Limanın (liman məntəqəsinin) «Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.10. Dənizçilik şirkətinin «Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə»nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi | 50 manat |
28.11. Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi | 30 manat |
28.12. Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi | 10 manat |
28.13. Dənizçinin Qeyd Kitabçasının verilməsi | 25 manat |
28.14. Dənizçinin şəxsiyyət sənədinin verilməsi | 30 manat |
28.15. Kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi | 10 manat |
28.16. Mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması | 5 manat |
28.17. Mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması: 28.17.1. Asma və stasionar mühərrikli gəmilər 28.17.2. Yelkənli qayıqlar və yaxtalar 28.17.3. Üzən nasoslar, torpaq sovuran qurğular |
5 manat 5 manat 5 manat |
28.18. Kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi: 28.18.1. Asma və stasionar mühərrikli gəmilər 28.18.2. Yelkənli qayıqlar və yaxtalar 28.18.3. Üzən nasoslar, torpaq sovuran qurğular 28.18.4. Kiçik həcmli gəmilərin dayanacağı üçün baza və körpülər 28.18.5. Mühərriksiz kiçik həcmli gəmilər |
5 manat 5 manat 5 manat 10 manat 5 manat |
28.19. Kiçik həcmli gəmilərin gəmi reyestrindən çıxarış verilməsi | 10 manat |
28.20. Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi | 15 manat |
AVİASİYA DAŞINMALARINDA RÜSUMLAR
Maddə 29. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
29.1. Aeroportlar və ya aerodromlara uyğunluq sertifikatının verilməsi | 100 manat |
29.2. Hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi | 100 manat |
29.3. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi | 100 manat |
29.4. Mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi | 50 manat |
29.5. Hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi | 50 manat |
29.6. Hava gəmisinin tipinin sertifikatının tanınması | 50 manat |
29.7. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi | 50 manat |
29.8. Hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması | 30 manat |
29.9. Hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi | 30 manat |
29.10. Aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqlarının sertifikatının tanınması | 30 manat |
29.11. Xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi | 30 manat |
29.12. Müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi | 20 manat |
29.13. Çarter marşrutlara uçuş icazəsinin verilməsi | 30 manat |
29.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif | 1 avro |
29.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif | 3 avro |
TİKİNTİ İCAZƏSİ VƏ KÜÇƏ REKLAMLARI ÜÇÜN RÜSUMLAR
Maddə 31. Müvafiq icra hakimiyyəti orqanı (şəhər, rayon (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən həyata keçirilən hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
31.1. Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə: 31.1.1. tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi |
60 manat |
31.1.2. qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası | 30 manat |
31.1.3. yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi | 50 manat |
31.1.4. inşaat pasportunun verilməsi | 50 manat |
31.1.5. inşaat pasportunun dublikatının verilməsi | 10 manat |
31.2. Mövsümi (səyyari) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə: 31.2.1. Bakı şəhəri üzrə 31.2.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 31.2.3. digər regionlar |
60 manat 20 manat 10 manat |
31.3. Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi: | |
31.3.1. Bakı şəhəri üzrə | 70 manat |
31.3.2. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə | 50 manat |
31.3.3. digər regionlar | 35 manat |
DƏRMAN ALQI-SATQISINDA RÜSUMLAR
Maddə 33. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı və gigiyenik sertifikatın verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
33.1. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı | 100 manat |
33.2. Gigiyenik sertifikatın verilməsi | 15 manat |
RÜSUMUN GERİ QAYTARILMASI QAYDASI
Maddə 5. Düzgün tutulmamış və artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması qaydaları
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
5.1.3. məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.
5.3. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır.
5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər.
5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Biznes işləri zamanı aşağıdakı rüsumlar haqqında məlumatlar da faydalı ola bilər:
- Məhkəmələrə müraciət zamanı tutulan biləcək rüsumların məbləğləri
-
Notariuslarda alına biləcək rüsumların məbləğləri
- Əmlakın qeydiyyatı üçün lazım olan rüsumlar
-
- Azərbaycanın konsulluqlarında dövlət rüsumlarının məbləğləri