.
Əmlakın qeydiyyatı zamanı lazım olan dövlət rüsumlarının miqdarı və mümkün cərimə məbləğlərini tədim edirik. Rüsumlar sağda, cərimələr solda yerləşdirilib.
Burada həmçinin əmlak qeydiyyatında tez-tez istifadə edilən sənədlərdən nümunələr, rüşvət tələbi ilə üzləşərsən, şikayətlər üçün ünvanlar əldə edə bilərsən.
Əmlakın qeydiyyatı sənədlər - keçid
ƏMLAKIN QEYDİYYATINDA İSTİFADƏ OLUNAN SƏNƏDLƏR
1.1.ərizə;
1.2.bələdiyyənin qərarı, bələdiyyə tərəfindən tərtib edilmiş və müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarış, Azərbayan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktı (01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi);
1.3.torpaq sahəsinin planı və ölçüsü;
1.4.dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Sənədlərin tam siyahısını buradan götür.
Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.
Əmlakla bağlı çərimələr - keçid
ƏMLAKLA BAĞLI MÜMKÜN CƏRİMƏLƏR
Maddə 69. Xırda talamaXırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə —
əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Əmlakla bağlı başqa mümkün cərimələr Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi bu sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.
RÜSUMLAR
Maddə 26. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələriƏmlakla bağlı çərimələr - keçid
ƏMLAKLA BAĞLI MÜMKÜN CƏRİMƏLƏR
Maddə 69. Xırda talamaXırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə —
əlli manatdan səksən manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Əmlakla bağlı başqa mümkün cərimələr Bir qrup hüquqşünasın yaratdığı bu saytın təqdim etdiyi bu sənədlərdən də nümunə kimi istifadə etmək olar. Amma vəkillə məsləhətləşmə şərti ilə.
26.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 26.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi; 26.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi |
30 manat 50 manat |
26.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması | 20 manat |
26.3. Tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi | 20 manat |
26.4. İpotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi | 10 manat |
26.5. Torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün | 20 manat |
BÜTÜN RÜSUM MƏBLƏĞLƏRİNİ BURADAN GÖTÜR VƏ ÇAP ELƏ |
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tutulan xidmət haqlarının məbləğini BURADAN GÖTÜR.
Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən həyata keçirilən kadastr xidmətlərinin tarifləri BURADA.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tarifləri.