1888-ci ilin yanvarında alimlər və həvəskarlardan ibarət kiçik bir qrup National Geographic Cəmiyyətini yaratdılar. Bu adda jurnalın ilk sayı 1888-ci ilik oktyabrında çap olundu. Qurulmasından 125 il sonra bu cəmiyyət dünyanın ən böyük təhsil və elm təşkilatına çevrilib. Cəmiyyət öz yubileyi münasibətilə arxivindən 11 milyon fotonu paylaşıb. Onların içərisindən 25 ən yaxşı foto.
National Geographic-dən son 125 ilin fotoları

9
Bu fotonu "National Geographic"-in əfsanəvi fotojurnalisti Maynard Owen Williams 1931-ci ildə Əfqanıstanda Herat bazarında çəkib.

10
1926-cı ildə su altında çəkilmiş ilk rəngli foto. Müəllif "National Geographic"-dən Charles Martin.

11
1964-cü il, Tanzaniya. Balaca şimpanzenin "National Geographic"-in əməkdaşı, zooloq Jane Goodall-la ünsiyyəti.

12
1912-1915-ci illərdə National Geographic-in də dəstəyi ilə Peruda dağlarda qazıntı aparan arxeoloq Hiram Bingham.