Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Strasser`in AzadlıqRadiosuna eksklüziv müsahibəsi


Arxiv fotosu
Arxiv fotosu
AŞPA-da keçən səsvermədən sonra, hesabatı rədd olunana Kristof Strasser mətbuat konfransında yanvarın 23-də keçən müzakirələri Azərbaycanda insan haqqlarının «qara günü» adlandırdı və siyasi məhbuslar məsələsinin Azərbaycanda hələ də açıq olduğunu dedi.

O, AzadlıqRadiosunun suallarına cavab verdi :

4 illik fəaliyyətiniz boyu görüşməyə can atıb, görüşə bilmədiyiniz məhbuslara sözünüz nədir . Çünki təklifinizi rədd etdilər və ola bilər ki, onlarla görüşmək Sizə nəsib olmadı?

Mən ancaq buna görə təəssüfümü deyə bilərəm. Mən öz çıxışımda da dedim ki, biz ilk nöbvədə bu adamlar haqda düşünməliyik, hansısa iqtisadi maraqlar haqda yox. O adamlar həbsaxanadadırlar, ədalətsiz mühakimə olunublar. Onlara ancaq təəssüflərimi deyə bilərəm ki, əlim sizlərə çatmadı. Bizi borcumuzdur ki, onları unutmayaq.

Bəzi Avropalı həmkarlarınızdan Sizə qərəzlilik, hətta hansısa terrorçu və islamçıların müdafiəsi haqda ittihamlar səsləndi. Onlara cavabınız nədir ?

Əslində bu ittihamlardan təəccüblənmədim. Ancaq onu deyə bilərəm ki, bu adamların biliyinə şübhə edirəm, və mənə elə gəlir ki, bu hesabatı heç oxumayıblar. Onlar yalan və saxta ittihamlarla mənə və başqalarına qarşı əllərindən gələni etdilər ki, bu sənəd qəbul olunmasın. Mən buna çox təəssüf edirəm. Bu, Avropa Şurasında çoxlarına mənfi siqnal idi və düşünürəm ki, bu gün çox, çox adam məyus oldu.

Sizcə Avropa Şurasında korrupsiya varmı ?

Məndə olan bəzi məlumatla görə, Avropa Şurasında müxtəlif ölkələri təmsil edən millət vəkilləri Azərbaycana höküməti tərəfindən dəvət alıblar ki, istirahətlərini oraya salıb, məzuniyyətlərini rahat şəraitdə keçirsinlər. Mənə elə gəlir ki, bu, dumana bürünmüş bir zonadır, mənim korrupsiya var demək üçün sübutum olmasa da, bu sahə çox qeyri-müəyyən vəziyyətdədir.

Bu məsələyə yenidən qayıtmaq fikriniz varmı ?

Mən inanmıram ki, bu mənim sonuncu « döyüşüm » idi, mən mübarizəyə hazıram və bunu bacarıram.

Müzakirələrin gedişi haqda ətraflı video və reportaj sayta hazırlanır. Saytı dəyişmə, Azadlıqda qal

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG