Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:29

S.Seyidov:" “Azərbaycanla bağlı həqiqətlər Avropada yer almaqdadır”


Səməd Seyidov
Səməd Seyidov
“Azərbaycanla bağlı həqiqətlər Avropa Şurası və digər beynəlxalq təşkilatlarda yer tutmaqdadır”.

Bunu AzadlıqRadiosuna AŞPA-da Azərbaycanla bağlı müzakirələrin gedişini şərh edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O daha sonra deyib:

“Həddindən artıq qərəzli çıxışlar da oldu, hansısa kiçik faktın şişirdilməsi və ümumiyyətlə olmayan məsələlərin qabardılması kimi məsələlər oldu.
Amma bir məsələni qeyd etmək istəyirəm ki, Azərbaycanın inkişafı, Azərbaycanın Avropadakı rolu və ümumiyyətlə dünyada artan nüfuzu artıq Avropa , Avropa Şurası və digər beynəlxalq qurumlarda Azərbaycanı daha diqqətlə öyrənməyə ehtaiyac yaradır”-deyə o vurğulayıb.
XS
SM
MD
LG