Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:36

Xristianlar İsa Məsihin mövludunu - Milad bayramını qeyd edir


-
“Gəlin dua edək ki, israillilər və fələstinlilər öz həyatlarını Bir olan Allahın altında sülh və azadlıq içində yaşaya bilsinlər”.


Roma Papası XVI Benedict Dekabrın 24-ü Vatikandakı Müqəddəs Pyotr meydanında ənənəvi İsa Məsihin mövludu müraciətində belə deyirdi. Papa regiondakı digər ölkələr, Livan, Suriya, İraq və qonşuları üçün dua eləyib. Xristianlığın yarandığı bu torpaqlarda xristianların sülh içində yaşaya bilməsi, Müsəlmanlarla yanaşı öz ölkələrində birgə, yanaşı yaşaya bilməsini diləyib. .

Bosniyada mövlud
Bosniyada mövlud
Mövlud günü Vatikandan sonra ən təntənəli şəkildə İsa Məsihin doğulduğu bildirilən Bethlehem (Vifleem) şəhərində - İordan çayının Qərb sahilindəki Fələstin torpaqlarında qeyd olunub.

Şəhərdəki Doğuluş kilsəsinin önündə keçirilən mərasimə Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas və Baş nazir Salam Fayyad da qatılıb.

Mərasimdə Qüdsün Latın Patriarxı Fouad Twal toplaşanları moizə oxuyub.

“İngilisdilli bütün zəvvarlarımıza Müqəddəs torpağa “xoş gəlmisiz” deyirik. Sizlərə və ailələrinizə müqəddəs və xoşbəxt Mövludlar arzulayırıq. Biz bu mərasimimizi izləyən bütün qonaqlarımız üçün eyni şeyləri allahdan diləyirik. Sizləri - özəlliklə də özlərini tənha hiss edən kəsləri əmin edirik ki, biz can sağlığı, bərəkət və rifah dolu yeni illə bağlı dualarımızla hər zaman yanınızdayıq”.


İsanın doğulduğu torpaqlarda Mövlud günü üçün gələn amerikalı turist Miles AzadlıqRadiosuna deyir ki, burada olanda Christması – Mövlud və ya Noel bayramını tamam fərqli hiss edir.

“Mən Amerikadanam, orada bəzən Mövlud bayramının ideyası təhrif edilir və əsl anlamından uzaqlaşır. Əslində isə çox sadədir – Bu İsa Məsihin doğulduğunu, böyüdüyünü, bizim günahlarımızdan ötrü ölməsini və sonra yenidən dirilməsini xatırlatmaq üçündür."

Mövlud bayramı sırf müsəlman ölkələrində də qeyd olunub. Pakistanda əhalinin 3 faizdən azını təşkil edən xristianlar da güclü təhlükəsizlik tədbirləri altında Kəraçidə mərasim keçiriblər. Mərasimdə vaizlər özləri və müsəlman qonşuları üçün əmin-amanlıq, xoşgörü və rifah duaları ediblər.

Əfqanıstandakı Amerika əsgərləri Kabul Aeroportundakı kilsədə Mövlud bayramını qeyd edib, mahnılar oxuyub və bir süfrə arxasında oturublar.

Dünyanın bir çox ölkələrində isə Mövlud bayramını uşaqlar Şaxta Baba – Santa Claus – Saint Nicolasın hədiyyələrini gözləyərək keçiriblər.

İsa Peyğəmbərin doğulduğu gün münasibətilə keçirilən Mövlud bayramını – Christmas – Noel – Milad – Rojdestvo kimi adlandırırlar. Katoliklər mövludu Dekabrın 25-də, digərləri isə istifadə elədikləri təqvimlərdən asılı olaraq, yanvarın 6-sı və ya 13-də qeyd edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG