Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:12

Özümüzü niyə xristianlara bənzədək?


Şaxta Baba
Şaxta Baba

Türk müftisi “Şaxta Baba düz adam olsaydı, evə qapıdan girərdi” deyir

“Şaxta Baba adlı birisi yoxdur. Müqəddəs Nikolas adlı birisi olub, amma Şaxta Baba uydurma bir kişidir. O, baca və pəncərədən evə girir. Amma doğru-dürüst birisi olsaydı, qapıdan girərdi".

Bu fikirləri Türkiyənin Edirne vilayətindəki Keşan qəsəbəsinin müftisi Süleyman Yeniçeri deyib. Müfti hesab edir ki, Yeni il gecəsində əyləncələr, bayram təntənəsi türk və İslam mədəniyyətinə uyğun gəlmir.

"Kim kimə bənzəməyə çalışırsa, o da onlardandır" hədisini xatırladan müfti Yeniçerinin fikrincə, Qiyamət günündə Yeni il gecəsi keçirilən saatların hesabatını vermək gərək olacaq:

“Xristianlıqdan gələn bir ənənəni qeyd etsək, onlara bənzəməyə çalışmış oluruq. Dolayısıyla onlar kimi bir yaşantı ortaya çıxar. Biz niyə onlar kimi yaşayaq? Məgər onlar bizim kimi yaşayırlar? Şaxta Babanı xristian aləmindən idxal etmişik. Milad bizim bayram deyil”.

Müfti hesab edir ki, Yeni il gecəsi əylənmək olar. Amma bu əyləncə içki ilə müşayiət olunursa, onda günah sayılır:

“Ümumiyyətlə, heç bilinmir ki, Şaxta Baba həyatda olubmu? Deyilənə görə, Laplandiya adlı bir yerdə yaşayır. Bu , sırf xristian aləminin ortaya çıxartdığı bir şəxsiyyətdir. Niyə Şaxta baba evə pəncərə və bacadan girir? Doğru-dürüst birisi olsaydı, qapıdan girərdi.Quranda da "Evlərə qapıdan girin" deyilir”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG