Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Minsk qrupunun amerikalı həmsədri vəzifəsini başa çatdırıb


Robert Bradtke
Robert Bradtke
-
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, səfir Robert Bradtke keçən həftə Minsk qrupunun həmsədri kimi öz vəzifəsini başa çatdırıb.
Bu haqda AzadlıqRadiosunun sorğusuna cavab olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 21-də səfir Yan Kelly Minsk qrupuna ABŞ-dan yeni səfir təyin olunana qədər müvəqqəti bu vəzifəyə təyin edilib.
Məlumatda bildirilir ki, “ABŞ Dövlət Departamenti səfir Bradtkeyə 3 ildən çox müddət ərzində həmsədr vəzifəsini icra etdiyinə görə minnətdarlığını bildirir, gələcək işində uğurlar arzulayır. ABŞ həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıq yolu ilə həll olunmasında öz dəstəyini göstərməsinə tam sadiq qaldığını bildirir”.
XS
SM
MD
LG