Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Minsk qrupu həmsədrləri: "Tərəflər xarici işlər nazirləri səsviyyəsində işi davam etdirmək razılığına gəliblər"


ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər.

APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər: “Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər”.

Həmsədrlər onların belə mürəkkəb dövrdə bölgəyə, xüsusən noyabrın 21-də Zəngilan və Cəbrayıl rayonlarına səfərlərini asanlaşdırdığına və atəşkəs rejiminin müşahidəsinə görə A. Kasprşik və onun komandasına minnətdarlıq ediblər.
XS
SM
MD
LG