Duma uşaqların ABŞ-a övladlığa verilməni qadağan edib
Rusiya parlamentinin aşağı palatası dekabrın 21-də ABŞ vətəndaşlarına övladlığa uşaq verilməsini qadağan edən qanunu təsdiqləyib. Kreml bu sənədi ABŞ-ın qəbul etdiyi “Magnitsky” qanununa cavab olaraq irəli sürüb. İndi sənədin qanun kimi qüvvəyə minməsi üçün parlamentin yuxarı palatasında da qəbulu və prezidentin onu imzalaması lazımdır. ABŞ-da qəbul olunan qanunda anti-korrupsiya fəalı və vəkil Sergei Magnitsky-nin 2009-cu ildə həbsxanada ölməsində adı hallanan məmurlara sanksiyalar nəzərdə tutulur. Reutersin videosu.
Arxiv
-
Sentyabr 02, 2026Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?
-
Sentyabr 01, 2026Ermənistanla Hindistan birgə raket istehsal edə bilər
-
Avqust 10, 2026Üçtərəfli müdafiə paktı: Yaxın Şərqdə İranın əl-qolu bağlanır?
-
Avqust 10, 2026Rusiyadan Ermənistana qaçan Sergey: 'Mən rus fərarisiyəm'
-
Avqust 05, 2026Gürcüstan ali təhsili pulsuz etdi