Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:52

300 ildir ayaqları isti saxlayan şey - keçə çəkmələr

Belorusda, Rusiyada və Şərqi Avropanın bir sıra ölkələrində xüsusilə əyalət bölgələrində ayaqları qışın şaxtasından qorumağın ənənəvi yollarından istifadə edirlər. Valenki adlanan bu keçə çəkmələri az qala 300 ildir bu regionda istifadə edirlər. Sığılmış yundan - keçədən hazırlanan bu çəkmələrin hədsiz şaxtalarda etibarlı qoruyucu olması illərin sınağından çıxıb. (Bu çəkmələr yalnız palçıqda və sulu şəraitlərdə işə yaramır.) Belorusda paytaxt Minskin şərqindəki Smilovichi kəndində 1928-ci ildən bəri valenki istehsal edən kiçik fabrik var. Hazırda bu fabrikdə aya 17 000 cüt valenki istehsal edilir. Reuters agentliyinin əməkdaşı Vasily Fedosenko həmin fabrikə baş çəkib. Onun çəkdiyi fotolar.

Davamı

Bölmələr

XS
SM
MD
LG