Vətəndaş müharibəsi, təbii fəlakətlər, olimpiya şöləni... keçən ili tarixdə saxlayacaq hadisələr fotolarda.
2012-ci ilin foto salnaməsi
26
Aprelin 17-də Vaşınqtonda ABŞ kosmik gəmisi "Discovery" muzeydə nümayiş olunmaq üşün daşınır. (AFP/Mladen Antonov)
27
Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulia Tymoshenko qolundakı qançırı göstərərək deyir ki, müalicə üçün dövlət xəstəxanasına gətirilməzdən öncə döülüb. (AFP/Ukrayinska Pravda)
28
Mayın 6-da prezident seçkisində qalib gələn Francois Hollande tərəfdarlarını salamlaır. Hollande son 20 ildə Fransada prezident seçkisini udan ilk sosialist liderdir. (AFP/Jeff Pachoud)
29
Əfqanıstandakı NATO qüvvələri üçün yanacaq nəqlində istifadə olunan avtosisetnlər Pakistanın liman şəhəri Karaçidəki neft terminallarının yaxınlığında park edilib, 15 may. İslamabad ABŞ-ın noyabrın 24-də hava hücumları zamanı 24 Pakistan səgərinin ölümündən sonra NATO təchizatı üçün Əfqanıstanla sərhəd keçidlərini bağlayıb. (AFP /Asif Hassan)