İki gün öncə Sudan limanında dayanmış İranın iki döyüş gəmisi oktyabrın 31-də oranı tərk edib. Bu, İranın hərbi gəmisinin Afrika ölkəsinə ilk səfəri idi. Bundan bir həftə əvvəl isə Sudan hökuməti İranın rəqibi olan İsraili paytaxt Xartumdakı silah zavoduna havadan zərbələr endirməkdə ittiham edərək cavab zərbələri ilə hədələmişdi. Həmin ittihamın ardınca da İranın vertolyot daşıyan "Xarq" və hücum gəmisi "Şahid Naqdi" gəmiləri Sudan limanına daxil olub. Sudanın Xarici İşlər Nazirliyi oktyabrın 29-da demişdi ki, İranın bombalanan zavodlarla heç bir əlaqəsi yoxdur. İsrail isə Sudanı Fələstinə silah göndərməkdə ittiham edirdi. AFP və Reuters agentliyi.
İranın döyüş gəmiləri Sudanı tərk edib
5
Sudanın hərbi dəniz donanmasının kateri İran gəmisinin keşiyində.
6
İranın "Şahid Naqdi" gəmisi Sudan limanına yan alır.
7
"Şahid Naqdi" gəmisində növbə çəkən İran əsgəri.
8
Sudan vətəndaşı "Xarq" gəmisini göstərir.
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman