Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:55

Suriya münaqişəsi Erdoğan'ın güclü şəxs imicinə xələl gətirir


Recep Tayyip Erdogan və Bashar al-Assad, 2010
Recep Tayyip Erdogan və Bashar al-Assad, 2010
-
ABŞ prezidenti Barack Obama'nın Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan'la yaratdığı yaxın əlaqələr ABŞ-a Yaxın Şərqdə müttəfiq müsəlman dövləti qazandırıb.

«Washington Post» yazır ki, Vaşinqtonla Ankara İraqda sabitlik yaranmasında yaxından əməkdaşlıq ediblər. Ancaq Suriya ilə münasibətdə onların arasındakı təlatüm hələ qarşıdadır.

Ərazisi Suriyadan atəşə tutulandan sonra Türkiyə parlamenti orduya xarici ölkələrdə hərbi əməliyyatlar keçirməyə icazə verib.

Belə görünür ki, Ağ Ev Suriyada Bashar Assad'ın hakimiyyətdən getməsini gözləyir. Ancaq Ankaranın gözləməyə vaxtı yoxdur. Suriyada müharibənin sürdüyü 18 ay ərzində Ankara belə düşünürdü ki, ABŞ-la Türkiyə rejim dəyişikliyinə münasibətdə eyni mövqedədirlər. Ancaq indi aralarında müəyyən ziddiyyətlər üzə çıxır.

DOST-DOSTA TƏN GƏRƏK...

Obama administrasiyasının Suriya məsələsində tərəddüd etməsinin bir neçə səbəbi var. Birincisi, seçkilər və Amerika cəmiyyətinin artıq müharibədən bezməsi. Ancaq Erdoğan bütün bunlara Suriya probleminə Amerikanın etinasız qalmasına bəhanə kimi baxır. Erdoğan ilk dəfə narazılığını da sentyabrın 5-də CNN-ə müsahibəsində bildirmişdi. O, Amerika prezidenti Obama'nı Suriya ilə bağlı yeni təşəbbüslərlə çıxış etməməkdə qınamışdı. Bu da yaxın dostlar arasında təsadüf edilən nadir haldır.

Amerika Suriya ilə bağlı gözləmə mövqeyini belə əsaslandırır: ABŞ ümid edir ki, müxalif qüvvələr birləşəcək və Bashar Assad'ı devirə biləcəklər. Bununla da Suriyaya xarici müdaxiləyə ehtiyac qalmayacaq. ABŞ fikirləşir ki, düşünülməmiş xarici müdaxilə Suriyada xaosla nəticələnə bilər. Ancaq Ankara məsələnin daha tez həll olunmasının tərəfdarıdır. Xüsusilə, bu həftə Suriyanın Türkiyə ərazisinə atəş açmasından sonra Türkiyə qonşuluqdakı böhranın istiliyini hiss etməyə başladı.
Recep Tayyip Erdogan və Barack Obama
Recep Tayyip Erdogan və Barack Obama

2014 SEÇKİLƏRİ YAXINLAŞIR

Erdoğan'ın məsələnin tezliklə həll olunmasında özünü haqlı saymasının da səbəbləri var. Çünki Suriyadakı məzhəb xarakterli müharibə Türkiyəyə də sızmaqdadır. İndiyə qədər Suriyadan Türkiyəyə 100 mindən çox qaçqın gəlib. Onların yerləşdirildikləri ərazilərdə yaşayan ələvilər bunu heç də xoş qarşılamırlar. Bütün yay boyu suriyalı qaçqınların məskunlaşdıqları Hatay vilayətində Dəməşq və Ankara əleyhinə aksiyalar olub. Bu da Ankaranın əsas problemidir.

Suriyada məzhəb müharibəsi böyüyərsə, bu, Türkiyədə daha ciddi problemlərə gətirib çıxara bilər. Bundan başqa, Bashar Assad Ankaraya cavab olaraq Suriyada PKK-nın əl-qol açmasına şərait yaradıb. Bütün bunlar 2014-cü ildə ümumxalq səsverməsi ilə prezident seçilmək istəyən Erdoğan üçün yaxşı bir şey vəd etmir. Baxmayaraq ki, keçənilki parlament seçkilərində Erdoğan'ın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) 50 faizə yaxın səs qazanmışdı.

Ancaq Suriya münaqişəsi Erdoğan'ın güclü şəxs imicinə xələl gətirə bilər. Çox güman ki, yaxın günlərdə Ankara Suriyaya qarşı daha ciddi tədbirlər görməsi üçün Vaşinqtona təzyiqlərini artıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG