Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 16:56

Rəsmi Ankara müharibə ehtimalını rədd etdi


Türkiyə hərbçiləri, 21 oktyabr 2011
Türkiyə hərbçiləri, 21 oktyabr 2011
-
«Türkiyənin Suriya ilə müharibəyə başlamaq planları yoxdur».

Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan belə bir bəyanatla çıxış edib.

«Bizim müharibəyə başlamaq məqsədimiz yoxdur. Lakin qoy heç kəs səbrimizi sınağa çəkməsin», - deyə o, bildirib.

Oktyabrın 4-də parlament Türkiyə hökumətinə bir il ərzində ölkə xaricində hərbi əməliyyat keçirmək üçün icazə verib.

Oktyabrın 3-də Suriya ərazisindən atılmış top mərmisi Türkiyənin Akçaqala mahalında partlayıb. 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Türkiyə tərəfi atəşin açıldığı yerə cavab zərbələri endirib. /apa/
XS
SM
MD
LG