Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Tehran bazarında tətil davam edir


Tehranda etirazlar başlayıb
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Tehranda etirazlar başlayıb

-
Tehranın mərkəzi bazarındakı mağazalar və ticarət obyektlərinin oktyabrın 3-də başlatdığı kütləvi tətil oktyabrın 4-də də davam edib.

«Media forum» saytının məlumatına görə, qeyri-sabit iqtisadi duruma, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən tətilçilər mağazalarını açmayıblar.

Tətil nəticəsində paytaxtın böyük bir hissəsində alış-veriliş dayandırılıb. Şəhərin əsas küçə və meydanlarının silahlı polis və mülkigeyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürüldüyü bildirilir.

Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.
XS
SM
MD
LG