Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

Suriyanın ilk astronavtı Türkiyəyə qaçıb


Hələb şəhəri uğrunda ağır döyüşlər gedir
Hələb şəhəri uğrunda ağır döyüşlər gedir
Suriyanın ilk astronavtı Mohammad Ahmed Faris müxalifətin tərəfinə keçib.

O, hazırda Türkiyədədir.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Hazırda Hələb şəhəri uğrunda ağır döyüşlər gedir. BBC-nin məlumatına görə, şəhər və onun ətrafına 20 minə yaxın əsgər yeridilib.

Bu arada İran hakimiyyəti 48 iranlı zəvvarın Suriyada oğurlandığını deyir.

Müxalifətdə olan «Suriya Azadlıq Ordusu»nun nümayəndəsi isə əl-Ərəbiyyə televiziyasına onların İran İnqilab Qvardiyasının üzvləri olduğunu və Suriyaya kəşfiyyat məqsədilə gəldiklərini deyib.

İRNA agentliyinin məlumatına görə, Tehran onların azad edilməsi üçün Türkiyə və Qətərə müraciət edib.
XS
SM
MD
LG