Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

Suriya parçalana da bilər


Suriya, 31 iyul 2012
Suriya, 31 iyul 2012
-
Suriyada Aralıq dənizi sahilin boyunca uzanan sıra dağlar ölkənin qalan hissəsini dənizdən ayırır. Əsrlər boyu sıra dağlarla ayrılan ölkənin şimal-qərb hissəsi Suriyada dini azlıqlar üçün dayaq nöqtəsi olub.

Suriyada 2.5 milyon şiə yaşayır. Onlar «ələvi» adlanır. Əhalinin 10 faizini təşkil edirlər. İndi bu dağlıq ərazi ələvilər üçün yenidən qalaya çevrilə bilər. Suriyada iğtişaşların artdığı bir vaxtda ələvilərin mini-dövlətinin yaranması ehtimalı da artır. Artıq yüz minlərlə ələvi təhlükəsizlik üçün bu ərazilərə köçürlər. Onlar deyirlər ki, on illərlə davam edən hakimiyyətlərini itirəcəkləri təqdirdə, ölkənin sünni çoxluğunun qisasından qorxurlar.

VAXTİLƏ ƏLƏVİLƏRİN ÖZ DÖVLƏTİ OLUB

Londonda yerləşən «Chatham House» təşkilatının eksperti Shahshank Joshi deyir ki, bu, hələ başlanğıc ola bilər:

«Ələvilərin çoxluq təşkil etdiyi ərazilərə çəkilmələri tamamilə mümkündür. Onlar bunu özlərini müdafiə üçün edə bilərlər. Həmin ərazi rejim və onun şiə tərəfdarları üçün sığınacaq ola bilər».
Tarixdə ələvilərin mini-dövlətinin prezidenti də olub. Bu, 1-ci Dünya müharibəsi dövründə Osmanlı imperiyasının dağılmasından sonra baş verib. Həmin dövrdə Millətlər Liqası Fransaya Livan və Suriyanı idarə etmək üçün mandat vermişdi. Fransa da 1920-30-cu illərdə Suriyada ələvilər üçün ayrı muxtariyyət yaratmışdı. Ancaq indi ələvilərin ayrı dövlətinin olub-olmaması iki məsələdən asılı olacaq. Birincisi, belə bir dövlət iqtisadi cəhətdən həyat qabiliyyətli ola biləcək yoxsa yox? İkincisi, dövlət xarici dəstəyə malik olacaq yoxsa yox?

Həmin ərazi kənd təsərrüfatı ərazisidir. Burada infrastruktur yaxşıdır. Lakin sənaye cəhətdən zəifdir. Ölkənin neftlə zəngin şərq bölgələrindən çox uzaqdır. Bu isə ərazinin enerji ilə təchizatı məsələsini
Rus hərbçiləri Tartusta
Rus hərbçiləri Tartusta
problemə çevirir.

SURİYA ÜÇÜN GÜRCÜSTAN VARİANTI?

Amerika Universitetinin beynəlxalq təhlükəsizlik üzrə mütəxəssisi Benjamin Jensen deyir ki, belə dövlət yalnız güclü qəyyumu olsa, mümkündür:

«Cənubi Osetiya və Abxaziya kim anklav, qondarma dövlətlərə baxın. Görərsiniz ki, onların Rusiya kimi böyük dövlətlə şef-işçi münasibətləri olmasa, iqtisadi cəhətdən dayanıqlı ola bilməzlər. Ələvi dövləti üçün bu cür münasibətlər İranla ola bilər».

Bashar Assad'in başqa bir müttəfiqi Rusiya da Tartusdakı hərbi bazasını qoruyub saxlamaq üçün bu mini-dövləti dəstəkləyə bilər. Ancaq Suriya parçalansa, ələvilərin mini-dövləti yaransa, bu, müharibənin uzanması demək olacaq. Çünki yeni Suriya hökuməti ölkənin sahil rayonlarının və limanlarının əlindən çıxmasını qəbul etməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG