Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:46

Suriyalı üsyançılar telemərkəzi ələ keçirməyə çəhd göstərib


Suriyalı hüquq müdafiəçiləri bu gün gedən döyüşlərdə azı 13 nəfərin öldüyünü xəbər verirlər.

Üsyançılar Hələb şəhərində televiziya mərkəzini ələ keçirmək istəyiblər.

Amma hökumət qoşunları onları artileriya atəşinə tutduğuna görə geri çəkilməli olublar.

Suriya ordusu şəhər uğrunda gedən döyüşlərdə qırıcı təyyarələr və vertolyotlardan istifadə edir.

BMT-nin baş assambleyası bu ərəfədə Suriyadakı zorakılıqları ittiham edən, təhlükəsizlik şurasını isə qərar qəbul edə bilmədiyinə görə tənqid edən qətnamə qəbul edib.

Sənəddə zorakılıqlara görə cavabdehlik prezident Bashar Assad rejiminin üzərinə atılır.

Rusiya sənədin zərərli olduğunu bəyan edib.
XS
SM
MD
LG