Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

IV ixtisas qrupu üzrə qabiliyyət imtahanı başlayır


Arxiv foto
Arxiv foto
Bu gündən IV ixtisas qrupu üzrə qabiliyyət imtahanı başlayır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər.

Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

İyulun 27-də dördüncü ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
XS
SM
MD
LG