Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 16:08

TQDK IV qrup imtahanın nəticələri açıqlayacaq

İyulun 30-da IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlərinin nəticələri açıqlanacaq.

Bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edib.

İmtahanda istifadə olunan sualların düzgün cavabları TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
This item is part of
XS
SM
MD
LG