Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:44

Dövlət Departamenti Azərbaycanda din azadlığının vəziyyətinin dəyişmədiyini bildirir


ABŞ Dövlət Departamentinin Dünyada Din Azadlığına dair illik hesabatı öz saytında yayılıb.
ABŞ Dövlət Departamentinin Dünyada Din Azadlığına dair illik hesabatı öz saytında yayılıb.

ABŞ Dövlət Departamentinin 2011-ci ildə dünyada din azadlığının vəziyyətindən bəhs edən illik hesabatında deyilir ki, Bəhreyn, İraq, Rusiya kimi ölkələr “zorakı ekstremistlər” adlandırdıqları qruplara qarşı addımlar atarkən din azadlığını pozur, sosial zəmində dozümsüzlüyə yol açırlar.

Sənədə görə bir çox ölkələrdə hökumətlər kafirlik, dinini dəyişmə və təhqir kimi maddələrdən din azadlığını boğmaq üçün daha çox istifadə ediblər.

Hesabatda Çin, İran, Şimali Koreya və Səudiyyə ərəbistanını din azadlığı sahəsində davamlı problemləri olan ölkələr kimi xarakterizə edilir: “Bütün dünyada hazırda anti-Semitizm, eləcə də bəhailər, buddistlər və uyğurlara qarşı dözümsüzlük güclənir”.

Sənədin Azərbaycandan bəhs edən hissəsində qeyd edilir ki, ölkə Konstitusiyası din azadlığına təminat verir, amma başqa qanunlar praktikada bu azadlığı məhdudlaşdırır: “Əksər dini qruplar hökumətin təsirlərindən kənar fəaliyyət göstərirlər. Buna baxmayaraq, hərdən hökumət bəzi dini ayinləri müşahidə edir, reydlər keçirir, dini materialları müsadirə edir.

Bəzi hallarda müsəlman və xristian qruplardan olan dindarlar saxlanırlar. Hökumət bəzi qrupları “qeyri-ənənəvi dinlər” adlandırır, çünki onları bu ölkədə o qədər də uzaq tarixləri yoxdur.

Dini qruplar üçün hökumət cansıxıcı məhdudiyyətlər tətbiq edir. Son bir ildə qəbul edilmiş qanunvericilik aktları bu məhdudiyyətləri daha da artırıb.

Ümumilikdə. Azərbaycan hökuməti dini azadlıq hüquqlarının qorunması istiqamətində nə pisləşməyə, nə də yaxşılaşmaya doğru hər hansı dəyişiklik etməyib” – deyə sənəddə bildirilir.

Hesabatda qeyd edildiyinə görə Azərbaycanda dini inancına insanların bəzən cəmiyyətdə ayrıseçkiliyə məruz qalmalarına dair də məlumatlar var. Sənəd müəllifləri xüsusilə Yahova Şahidləri, evangelist xristianlarla bağlı təbliat aparan insanlara qarşı düşmənçilik meyllərinin olduğunu yazırlar.

Sənədə görə Azərbaycan əhalisinin 96 faizi müsəlmanlardır. Bu ölkədə ordokos ruslar, apostol ermənilər, müxtəlif xristian dini qrupların təmsilçiləri, yəhudilər və ateistlər də çoxdur. Sənəddə Dini İşlər üzrə Dövlət Komitəsinə istinadla qeyd edilir ki, Azərbaycnada müsəlmanların 65 faizi şiələr, 35 faizi isə sünnilərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG