Türkiyədə din dərsləri orta məktəb proqramına seçmə fənn kimi salınıb. Hətta imam-hatip məktəblərinə (dini tədris edən qurumlar) faktiki olaraq rəsmi status verilib.
Artıq bu dəyişiklikləri ehtiva edən qanuna dəyişikliklər sənədi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib. 26 maddədən ibarət qanun layihəsinin 14 maddəsi qəbul edilib. Qanunun 9-cu müddəsində bildirilir ki, orta məktəblər və litseylərdə Quran təhsili və Peyğəmbərin həyatı seçmə fənn kimi salınacaq:
”4 illik icbari ibtidai siniflərdə fərqli proqramlar arasında seçim imkanı verən məktəblər sırasına imam-hatip məktəbləri də daxildir”.
Qanundan belə çıxır ki, valideynlər istəsələr uşaqları dini təmayüllü ibtidai məktəblərə qoya bilərlər.
DİNİ TƏHSİL SEÇİMLƏ OLACAQ
Türkiyədə Dini İşləri naziri Mehmet Görmez müsəlman ölkəsi üçün qanuna belə bir dəyişiklik edilməsini zəruri bir əməl adlandırıb. Amma bu məsələnin şişirdilib mübahisə predmetinə çevrilməsini də bəyənməyib:
''Hamı bilir ki, insan digər sahələrdə hansı təməl bilgiyə möhtacdırsa, din məsələsində də həmin informasiyalara ehtiyacı var. Din təhsili məsələsi çağdaş dünyanın hər yerində həm din azadlığı, həm inanc azadlığının, həm də vicdan azadlığının ayrılmaz bir hissəsidir. Nəzərə almaq lazımdır ki, Türkiyədə bu təhsil istəyə, seçimə bağlı bir sistemdir".
Nazir deyib ki, onsuz da 88 ildir bu məsələ ilə bağlı qorxular, qadağalar, narahatlıqlar səslənib. İndi yenidən bu mübahisələrə yol açmaq lazım deyil.
Yeni qanunla Türkiyənin ibtidai təhsil sistemində tamamilə fərqli qaydalar tətbiq edilməyə başlayıb.