Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33

NATO ilə Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsi başlanır


James Appathurai
James Appathurai
-
«Azərbaycan prezidenti İlham Əliyev vəd etdi ki, Azərbaycan Əfqanıstanla bağlı bundan sonra da NATO-ya dəstək verəcək».

APA-nın xəbərinə görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi James Appathurai deyib.

J.Appathurai Azərbaycan Prezident Administrasiyasında və Xarici İşlər Nazirliyində görüşlər keçirdiyini, görüşlərdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib:

«Əfqanıstanla bağlı Azərbaycanla yaxşı əməkdaşlığımız var. Təkcə əsgərlə bağlı deyil, NATO-ya tranzit yardımı etdiyi üçün də Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Azərbaycan Əfqanıstana sülhməramlı kontingentlə və bu ölkədə keçirilən təlimlərə dəstək verməklə yardım edir. Bundan başqa, Azərbaycan əfqan minaaxtaranlarına təlimlərin keçirilməsi layihələrində də yaxından iştirak edir».

«Azərbaycanla NATO arasında Əfqanıstana yük daşınması barədə müzakirələr aparıldımı» sualına cavab olaraq J.Appathurai bununla bağlı müzakirələr apardıqlarını deyib:

«Azərbaycan NATO-nun Əfqanıstana tranzitlə bağlı etibarlı tərəfdaşıdır. Bizim qoşunlar orda bir yerdədir. Azərbaycanla bir yerdə işləyirik. Eyni zamanda, istəyirik ki, Əfqanıstana tranzit yüklərin daşınması iqtisadi cəhətdən Azərbaycana xeyir versin».

Azərbaycanla NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (IPAP) 3-cü mərhələsi barədə danışan J.Appathurai planın artıq təsdiq edildiyini deyib:

«Artıq üçüncü mərhələyə başlamışıq».

XƏZƏR İBRAHİM: «NATO İLƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN MARAĞINDADIR»
Xəzər İbrahim
Xəzər İbrahim

«IPAP-ın 3-cü mərhələsi artıq başlayıb, orda Azərbaycanın maraqları tam əks olunub, heç bir problem yoxdur».

Bu barədə jurnalistlərə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Xəzər İbrahim bildirib.

X. İbrahim Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (IPAP) çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb:

«IPAP-ın 3-cü mərhələsində müdafiə sahəsi, ictimai diplomatiya, mülki müdafiə, sərhəd təhlükəsizliyi və digər məqamlar əksini tapıb. Bu sahələr üzrə də əməkdaşlıq inkişaf edir».

Xəzər İbrahim qeyd edib ki, IPAP-ın yerinə yetirilməsi Azərbaycanın marağındadır:

«Bu, Azərbaycan dövlətçiliyinin gücləndirilməsinə yönəlib. NATO ilə birgə işləyirik ki, hərbi-siyasi qabiliyyətimizi inkişaf etdirək».
XS
SM
MD
LG