Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:25

Bakıda Ceyrançöl Təmizləmə Layihəsi rəsmən təqdim olundu


Arxiv foto
Arxiv foto
İyulun 5-də Bakıda ANAMA-NATO/NAMSA birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, müxtəlif hökumət strukturlarının nümayəndələri, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appaturai, baş nazirin müavini Abid Şərifov iştirak edib.

Açılış mərasimində çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov deyib ki, layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir. N. İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib.

Baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində budan əvvəl «Saloğlu» layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina/PHS təhlükəsinin aradan qalxdığını xatırladıb. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A. Şərifov qeyd edib ki, layihənin birinci mərhələsinin xərci 3 milyon avrodan çoxdur. Bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunacaq.

NATO rəsmisi James Appaturai-ın səfəri iyunun 6-dək davam edəcək. O, NATO həftəsi çərçivəsində tədbirlərə qatılacaq. Ölkə rəsmiləri ilə görüşlərdə isə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq.
XS
SM
MD
LG