Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

Total Azərbaycanda böyük qaz yatağı tapdığını təsdiqləyir


Arxiv foto
Arxiv foto
Fransanın Total neft şirkəti Xəzərdə böyük təbii qaz ehtiyatları aşkarladığını təsdiqləyib. Bu, Avropanın qaz təchizatında Azərbaycanın əsas mənbə kimi əhəmiyyətini artırır.

Total bildirir ki, Abşeron dəniz yatağında 150-300 milyard kub metr qaz ehtiyatı var. Sonuncu rəqəm Böyük Britaniyanın illik qaz istehlakından təxminən dörd dəfə çoxdur.

Bu barədə Böyük Britaniyanın «Financial Times» dərgisi yazır.

Total Abşeron yatağındakı kəşf və yatağın kommersiya əhəmiyyəti barədə tərəfdaşları adından bildirişi ötən ay təqdim etdiyini bildirir. Total 40 faizlə bu yatağın operatorudur. Tərəfdaşları isə ARDNŞ, Fransa şirkəti olan GDF Suez-dir.

DAHA ÇOX QUYU QAZILACAQ

Total-ın kəşfiyyat və istehsal üzrə rəhbəri Yves-Louis Darricarrère bildirib ki, yatağın kommersiya əhəmiyyəti barədə bəyannamə «Azərbaycanda fəaliyyətimizdə mühüm addım» sayılır. Şirkət gələn il yataqda seysmik sınaq keçirəcəyini, ehtiyatların miqyasını daha yaxşı dəyərləndirmək üçün daha çox qiymətləndirmə quyuları qazacağını bəyan edir.

FT xatırladır ki, 2017-ci ildə Şahdəniz yatağından qaz hasilatı başlanacaq – ildə 16 milyard kub metr qaz çıxarılacaq. Bunun 10 milyard kubmetri Avropaya, qalanı isə Türkiyəyə gedəcək. ARDNŞ və Türkiyənin Botas şirkəti bu yaxınlarda yeni Trans-Anadolu Kəməri (Tanap) barədə saziş imzalayıblar. Bu kəmər Şahdəniz qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq.

AZƏRBAYCANIN İXRAC POTENSİALI ARTA BİLƏR

FT yazır ki, Tanap-ın daşıdığı qazın harada bitəcəyi aydın deyil. Bu qazı Avropa bazarlarına çatdıracaq iki rəqib layihə var – biri İtaliyaya gedən TAP, digəri isə qazı cənub-şərqi və mərkəzi Avropaya daşıyacaq Nabucco West-dir. BP və tərəfdaşları gələn ilin əvvəlində bu iki marşrutdan birini seçəcək.

Abşeron Bakıdan 100 km cənub-şərqdə yerləşir, daha böyük Şahdəniz yatağına yaxındır.

Xəzər dənizi üzrə ekspert John Roberts deyir ki, Ümid və Azəri-Çıraq-Günəşli (ACG) yataqlarının qazı ilə birgə Abşeron yatağı Azərbaycanın ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər. O, əlavə edib ki, bu kəşflər Azərbaycanı buruq sənayesini yaratmağa həvəsləndirər ki, bu da qaz yataqlarının işlənməsini sürətləndirər. Onun sözlərinə görə, yeni buruqlar olmadan Total Abşeronu 2020-ci ilədək işlədə bilməyəcək. Həmin vaxtda isə Şahdəniz tam istismarda olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG