Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

Qazprom Azərbaycanla kəmər sazişindən sonra Türkiyəyə xəbərdarlıq edir


Türkiyə Azərbaycanla qaz kəməri tikmək sazişi imzalayandan bir neçə gün sonra Qazprom Türkiyəyə xəbərdarlıq göndərib.

Türkiyə Qazpromun ikinci böyük qaz alıcısıdır, Qazprom İrana gedən qazı kəsib, əvəzində Türkiyəyə qaz ixracını artırır.

Türkiyənin Azərbaycanla tikintisinə 7 milyard dollarlıq saziş imzaladığı TANAP qaz kəməri Rusiyanın Türkiyəyə gedən Cənub Axını kəmərinə rəqibdir.

İrandan Türkiyəyə gedən qaz kəmərində partlayışdan sonra Türkiyə Rusiyadan xahiş edib ki, Türkiyəyə qaz verilməsini artırsın.
Bunu bildirən Qazpromun sözçüsü Sergey Kiryanov göndərdiyi e-maildə yazır ki, Trans-Anadolu layihəsi nəzərdə tutulduğu kimi 2018-ci ildə yekunlaşsa, Türkiyə onda kömək üçün Azərbaycana müraciət etsin. (Reuters)
XS
SM
MD
LG