Çex Respublikasının paytaxtı Praqanın mərkəzində Zizkov adlanan ərazinin sakinləri əsasən romalardır. Rəsmilər ümumilikdə bu ölkədə 150 mindən 300 minə qədər romanın yaşadığını bildirirlər. Bu insanlar adətən sosial cəhətdən təcrid şəraitində yaşayır, iş tapa bilmirlər, təhsil səviyyəsi çox aşağı olur. AzadlıqRadiosunun əməkdaşı Kristyna Dzumranova Praqada, Zizkovda Cina adlı roma ailəsinə baş çəkib.
Çexiyada roma ailəsi
9
Emil Cina isə musiqiçidir. O, başqa həmkarları ilə birlikdə Benga Show adlı qrup yaradıb və həftədə 3-4 dəfə orada çıxış edirlər. Yerli mətbuat onları "Gerçək roma hissiyatı" adlandırır.
10
Marcela özünün ulu babası Gusta Cinanın portretini göstərir. Onun babası II Dünya müharibəsində Slovakiyada vuruşub. Sonrasa faşistlərə qoşulub. Faşistlər romaları qırsalar da onların bəziləri orduda qalıb.
11
Ailənin ən yaşlısı 82 yaşlı Jan Batiy Jana Cinovanın əmisidir. Qürurla ailəsinin şəkillərini göstərir.
12
Jan Batiy özünün 15 il əvvəlki, böyrək xəstəliyinin şiddətlənməsindən əvvəlki şəklini göstərir. Bir daha da gəzə bilib "pul qazanaraq qadın dalınca düşməyi" arzulayır.