Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Suriyada məzhəblərarası qarşıdurma


Suriyada döyüşlər, 20 mart 2012
Suriyada döyüşlər, 20 mart 2012
Suriyada zorakılıq artdıqca, çoxları xəbərdar edir ki, bu məzhəblərarası münaqişəyə çevrilə bilər.

BMT-nin Suriya üzrə nümayəndəsi Kofi Annan iyunun 7-də deyirdi:

«Vəziyyət dəyişməsə, gələcəkdə qəddar repressiyalar, qırğınlar, məzhəblərarası münaqişələr və hətta vətəndaş müharibəsi baş verə bilər. Bundan bütün suriyalılar uduzacaqlar».

Artıq məzhəblərarası münaqişənin başlanmasını göstərən ilkin işartılar var. Şəbihə yaraqlıları ilə bağlı durum aydındır.

Hakim Assad ailəsinə bağlı Ələvilərin isə mayın 25-26-da Hulada qırğınlar törətdiyi deyilir, nəticədə yaraqlılar 108 nəfəri öldürüblər. Onlardan 49-u uşaqdır.

Şahid ifadələrinə söykənən BMT rəsmilərinin də bununla bağlı «ciddi şübhələri» var. Həmin ifadələrdə deyilir ki, sünni mərkəzi olan Hulada ilk atəşi evlərə əsgərlər açıblar. Amma hadisənin miqyası onda böyüyüb ki, yaxınlıqdakı ələvi kəndlərindən yüzlərlə mülkigeyimli də döyüşə qatılıb.

ƏLƏVİLƏRİN ƏHƏMİYYƏTİ

Fransanın «Gremmo» Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Fabrice Balanche deyir ki, şahidlərin ifadələri sübut olunarsa, bu, məzhəblərarası müharibənin başlanmasını göstərən ən güclü dəlil olardı:

«2011-ci ilin sentyabrından Xümsdə baş verənlərdən biz görürdük ki, bu, məzhəblərarası müharibədir. Müxalifət əleyhinə vuruşan Suriya ordusu var, ancaq müxalifət sünnilərdən ibarətdir, Azad Suriya Ordusunda qeyri-sünnilər çox azdır. Düşünürəm ki, Azad Suriya Ordusunda nə ələvi var, nə xristian.
Azad Suriya Ordusu
Azad Suriya Ordusu
Onların qarşısında isə Suriya ordusu var, Xümsdə əksər suriyalı əsgərlər ələvidir».

Ələvilik təxminən 9-cu əsrdə yaranıb. Bu icmadan olanlar ölkə əhalisinin təqribən 12 faizini təşkil edir, amma hökumətdə və orduda üstünlük sahibidirlər.

Ələvililərin hakimiyyətə gəlişini araşdıran F.Balanche deyir ki, sünnilərlə ələvilər arasındakı münasibət gərgindir və bu, çox aydın görünür.

ŞƏBİHƏ KABUSU

Əsas şəhərlərdə Şəbihə də rejimin dəstəklənməsində öncül rol oynayır. Şəbihə üzvləri az qala təpədən dırnağa silahlanıblar, onlar etirazçılara atəş açır, baxmayaraq ki, rəsmi səlahiyyətləri yoxdur.

«Şəbihə» sözünün mənası «kabus» deməkdir. Onun kökü 1970-ci ildə hakimiyyətə gəlmiş Hafiz Assad zamanına gedib çıxır.

YARAQLILARIN SİRRİ NƏDƏDİR?

Sirr ondadır ki, yaraqlılar daimi qurumda birləşmirlər. F.Balanche deyir ki, yaraqlılar yoxsul və gənc ələvilərdən, kəşfiyyatda və silahlı qüvvələrdə işləyənlərin qohumlarından ibarətdir.

Dinc əhalini sorğu-sualsız mühakimə edən yaraqlıların pulunu ya hökumət ödəyir, ya da onların əldə
Suriya ordusu
Suriya ordusu
​etdikləri qənimətə dəyib-dolaşan yoxdur.

F.Balanche deyir ki, Dəməşq yalnız bir ordu korpusunun xidmətindən istifadə edir. Dördüncü Diviziyaya isə ölkə başçısının qardaşı başçılıq edir:

«Maher Assad’ın başçılıq etdiyi Dördüncü Diviziyada istisnasız olaraq hər kəs ələvidir, sünni, xristian, druze yoxdur. Bu diviziya rejim əleyhinə çıxanlara qarşı istifadə olunur. Sünni batalyonları daha az təhlükəli vilayətlərdə yerləşir, çünki hökumət sünni əsgərlərin sədaqətinə əmin deyil».

Şəbihə üzvləri Dördüncü Diviziyanın yanında döyüşürlər. Bu da ordu qüvvələrinə genişlənmək imkanı verir. Amma Şəbihənin başqa mühüm faydası odur ki, hökumətə qəddarlıqdan kənarda durduğunu göstərmək imkanı verir.

Beynəlxalq müşahidəçilər bildirirlər ki, Huladakı qətllərdə yaraqlılardan şübhələnirlər. Rəsmilərsə deyirlər ki, qatillərin mülki geyimdə olması onların hökumət qüvvələri olmadığını göstərir. Eyni zamanda, hökumət əleyhdarlarını təxribatda günahlandırır.
XS
SM
MD
LG