Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Babək Ağayev. İtlərə ithaf etməyə qorxuram


Babək Ağayev


sönük... çox sönük

(itlərə ithaf etməyə qorxuram)

arxamca ölmüş itlərin ruhları sürünür
fəsillər dolaşır dönür... ağaclar yenə bürünür yaşıla

hərə öz köşəsində xısın-xısın hönkürür
bir ovuc keçmişləri önlərində
gözlərindən süzülən gələcəklə
hıçqırır qışqırır bütün insanlar
deyirlər ki bir daha gələcəklər
bu dəfə tam silahlı
ürəkləri şeytan dolu çiyinləri mələksiz bəbəkləri allahlı

kölgələr qaçır qabağa... qucaqlayır sonraları... udur zamanı kölgələr...
döngələr burur yolları... yalayır ayaq izlərin... tələsdirir həyatı...

arxamca ölmüş itlərin qərib sərsəri ruhları sürünür
fəsillər dolaşır dönür... ağaclar yenə bürünür özünə

üzünə baxa bilmirəm itlərin...
XS
SM
MD
LG