Futbol üzrə Avropa birinciliyində Polşa-Rusiya oyunu ərəfəsi ciddi təhlükəsizlik tədbirləri görülmüşdü. Təşkilatçıların dediyinə görə, oyuna 9800 rusiyalı və 29300 polşalı azarkeş bilet alımışdı. Ciddi tədbirlərə baxmayaraq bəzi yerlərdə azarkeşlər arasında toqquşmalar baş verdi. Futbol meydanında isə komandalar 1-1 oynadılar.
Polşada futbol ehtirasları: stadionda və ondan kənarda
5
Varşava rəsmiləri Polşa-Rusiya oyunu zamanı Varşavada komandaların azarkeşləri arasındakı toqquşmalardan ehtiyat etdiklərini gizlətmirdilər. Şəkildə xüsusi polis qvvələri azarkeşləri sakitləşdirməyə çalışır
6
12 iyun. Varşava. Polşa-Rusiya oyunundan epizod. Hakim Wolfgang Stark (Almaniya) Rusiya millisinin hücumçusu Alan Dzagoevə sarı vərəqə göstərir.
7
12 iyun Varşava. Futbol xuliqanlarının hücumuna məruz qalan jurnalist
8
12 iyun. Varşava. Polşa millisinin azarkeşi, polislə və Rusiya azarkeşləri ilə toqquşmada aldığı bədən xəsarətlərini nümayiş etdirir.