Beynəlxalq Əmək Təşkilatı hər il iyunun 12-ni Uşaq Əməyinə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Təşkilat bununla hazırda dünyada işləməyə məcbur olan 5-14 yaşlı 250 milyon uşağın üzləşdiyi problemlərə diqqət çəkir. İşləyən uşaqlardan 120 milyon nəfəri tam iş günü çalışır, hər beş uşaqdan dördünə isə pul ödənmir. İşləmək təkcə uşaqların sağlamlığını riskə atmır, həm də onların oxumaq, uşaq olmaq şanslarını əllərindən alır. AzadlıqRadiosunun verilişlər yaydığı ölkələrdə əməkdaşlarımızın çəkdikləri işləyən uçaqların fotolarını təqdim edirik.
İşdən oynamağa vaxt tapa bilməyən uşaqlar
13
Qırğızıstanın Oş şəhəri yaxınlığında pambıq yığan uşaq.
14
Pakistanın Heydərabad şəhəri yaxınlığında kərpic fabrikində işləyən uşaq.
15
Pakistanda balıq təmizləyən 10 yaşlı oğlan.
16
Pakistanın paytaxtı İslamabadın sənaye zonasında palçıqda dəmir axtaran uşaqlar.