Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:11

Azərbaycan əhalisi Gallupun mənfi emosiyalar siyahısında


Arxiv foto: Gürcüstanda Növruz bayramı. 21 mart 2012-ci il.
Arxiv foto: Gürcüstanda Növruz bayramı. 21 mart 2012-ci il.
-

İraq, Fələstin əraziləri, Bəhreyn və digər Yaxın Şərq ölkələri dünyada ən çox mənfi emosiyalarla yaşayan insanlar sırasında liderdilər. Bu, ABŞ-da yerləşən Sosisloji araşdırmalar şirkəti Gallup-ın keçirdiyi sorğu nəticəsində gəldiyi nəticədir.

AZƏRBAYCANLILARIN ƏHVALI ORTABAB OLUB

Gallup sorğusunu Azərbaycanda da keçirib. Nəticələrə görə azərbaycanlılar 26 bal toplayıblar. Bu da ən yaxşılarla ən pislər arasında təxminən orta göstəricidir.

Azərbaycanın qonşularından Ermənistan ən çox mənfi emosiyalar olan ğlkələrin sırasında, Gürcüstan 24 balla Azərbaycandan bir qədər yaxşı vəziyyətdə, göstərilir. Qazaxıstan, Türkmənistan və Rusiya isə cədvəldən göründüyü kimi ən yaxşıların sırasındadır. İranda isə rəyi sorşulunalar ovqatlarının çox pis olduğunu deyiblər.

Gallup yazır ki, Mənfi Emosiya İndeksi respondentlər arasında sorğudan bir gün öncəki ovqatına dair suallara verdikləri cavab əsasında müəyyən edilir.

Sorğuya görə ən çətin şərait İraqdadır. Bu ölkədə rəyi soruşulanların çoxu qəzəb, stress, qorxu, üzüntü və psixoloji ağrılar içərisində yaşadığını deyib.

Sorğunun nəticələrinə görə insanların ən çox mənfi emosiyalarla yaşadığı ölkələrin sırası belədir:

İnsanların ən pis emosiyalarla yaşadığı ölkələr:
Ölkə Bal
İraq 59
Fələstin Əraziləri 43
Bəhreyn 41
Filippin 40
Toqo 39
Misir 39
Türkiyə 39
Yunanıstan 38
Ermənistan 38
Pakistan 37
Serbiya 36
Boliviya 36
İran 36
Mənbə: Gallup

2011-ci ildə dünyanın 148 ölkəsində keçirdiyi sorğu əsasında Gallup bildirir ki, ən az mənfi emosiyalar olan ölkələrin sırası isə belədir:
Ölkə Bal
Somali regionları 11
Özbəkistan 12
Tailand 13
Qırğızıstan 13
Kosovo 14
Türkmənistan 14
Mali 15
Sinqapur 15
Monqolustan 15
Çin 16
Trinidad və Tabaqo 16
Rusiya 16
Tayvan 16
Qazaxıstan 16
Mənbə: Gallup


ƏRƏB BAHARI ÖLKƏLƏRİNDƏ ƏN ÇOX, KEÇMİŞ SOVET RESPUBLİKALARINDA ƏN AZ MƏNFİ EMOSİYA

Gallup yazır ki, İraqda rəyi soruşulanlar demək olar ki, record səviyyədə stress, qorxu, bədbinlik yaşadıqlarını deyiblər. Misirdə də vəziyyət buna yaxın olub.
Ərəb Baharı yaşamış ölkələrdən yalnız Yəməndə injsanlar keçən ildəkindən daha yaxşı ovqatda olduqlarını deyiblər.

ABŞ-da da insanlar getdikcə daha çox mənfi emosiya yaşadıqlarını deyiblər. Sorğuya görə Mənfi Emosiyalar İndeksində ABŞ 2007-ci ildə 23 bal almışdısa, 2011-ci ildə keçirilən sorğuda daha aşağı nəticə, 37 bal göstərib.

Əsas dünya hadisələrinin baş verdiyi bəzi ölkələrdə isə bu indeksdə heç bir dəyişiklik olmayıb. Məsələn, 2011-ci ildə gtüclü zəlzələdən minlərlə insan itirən Yaponiyada mənfi emosiyaların səviyyəsi əvvəlki illərdən nə artıb, nə də azalıb.

Eyni vəziyyət zəlzələdən az qala tam dağılmış Haitidə ortaya çıxıb, hələ əksinə bu ölkədə insanlar ovqatlarının əvvəlki ilıərdən bir qədər də yaxşı olduğunu deyiblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG