Beynəlxlq Ağırlıqqaldırma Federasiyası öz qaydalarını dəyişərək idmançılara islam geyimlərində də yarışmağa icazə verib. Buna görə London Olimpiadasında Birləşmiş Ərəb Əmirliklərindən olan atletlər hicabda çıxış edə biləcəklər. FİFA da qadın futbolçuların baş örtüsü ilə sahəyə çıxmalarına icazə verməyə hazırlaşır.
Müsəlman qadın atletlər və hicab

1
Amerikada yaşayan pakistanlı ağırlıqqaldıran Kulsoom Abdullah ABŞ-da keçirilən yarışlarda Pakistanı təmsil edir. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ona islam geyimində çıxış etməyə icazə verib.

2
Birləşmiş Ərəb Əmirliklərinin atleti Yasmin Abbas (sağda) Qatarda keçirilən ağırlıqqaldırma çempionatında qazandığı bürünc medalın sevincini yaşayır. O, London olimpiadasında da islam geyimində ölkəsini təmsil edəcək.

3
İranın qadınlardan ibarət futbol yığmasına yalnız 2010-cu ildə Sinqapurda keçirilən Olimpiadada yarışmağa imkanı verilib. Amma bunun üçün onlar baş örtülərini xüsusi papaqla əvəz etməli olublar.

4
Sinqapur Olimpiadasında Türkiyə komandası ilə oyunda İranın qadın futbol komandasının oyunçusu Fatemeh Shirafkannejad topu başı ilə vurarkən papağı düşür.