Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:55

Bələdiyyə sədri rüşvət almaq ittihamı ilə həbs olundu


Arxiv foto.
Arxiv foto.
-


Azərbaycanda bələdiyyə sədri həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri Rəhman İsrafilov torpaq sahəsinin sənədləşdirilməsi üçün vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib:

“Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.”

Prokurorluq Rəhman İsrafilova qarşı rüşvət alma maddəsi ilə (Cinayət Məcəlləsinin 311.1-ci maddəsi) cinayət işi açıb. Bu ittiham sübut olunsa, o, əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.


Amma hələlik bu ittihamlar haqqında Rəhman İsrafilovun vəkili, ya da yaxınlarının fikirləri səslənməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG