Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Qazaxlar haqda gülünc obrazı dəyişməyə iddialı film gəlir


"Zhauzhurek Myn Bala" filmindən
"Zhauzhurek Myn Bala" filmindən
İndiyə kimi Qazaxıstanla bağlı film deyəndə ilk yada düşən “Borat”olurdu. Bu filmdə qazaxlar gülünc obrazda təqdim olunurdu.

İndi isə bu düşüncə dəyişə bilər. Dövlətə məxsus olan Qazaxfilm studiyasının çəkdiyi yeni film “Borat”ın qazaxlar haqqında yaratdığı təəssüratı tamailə dəyişə bilər.

Film belə adlanır – "Min cəsur oğul". Filmin rejissoru Aqan Sataevdir. O, filmi keçən il çəkib. "Min cəsur oğul" 18-ci əsrin əvvəlində monqoldilli xalqlardan olan cunqarların hökmranlığına qarşı çıxan qazax gənclərinin qəhrəmanlığından bəhs edir. Film 12 milyon dollara başa gəlib. Bu, qazax kino sənayesi üçün çox böyük məbləğdir. Film bu həftə Kann kino festivalında da nümayiş olunacaq. "Min cəsur oğul" Qərb film distributorlarının diqqətini cəlb edə bilər.

Əgər yeni film dünya miqyaslı geniş auditoriyaya çata bilsə, bu, Qazaxıstanın turizm potensialına da böyük töhfə verəcək. Ölkə barədə təsəvvürlər Borat çərçivəsindən çıxacaq. Artıq film bu aydan Qazaxıstandakı kinoteatrlarda nümayiş olunur. İndiyə qədər filmə rekord sayda tamaşaçı baxıb.

Rus dilinin hələ də dominant olduğu Qazaxıstanda "Min cəsur oğul" qazax dilində çəkilib. Bu, yerli qazax dili və mədəniyyətinin dirçəlişinə dəlalət edir. Eyni zamanda filmdə monqol ağalığına qarşı mübarizə aparan cəsur döyüşçülərdən bəhs olunması yerli qazaxlar arasında vətənpərvərlik hisslərini gücləndirməlidir.

Filmin əvvəlində ölkənin avtoritar prezidenti Nursultan Nazarbayevdən sitat verilir. Sonda isə film belə fikirlə bitir – “filmdə təsvir olunmuş hadisələr qazax xalqının azadlıq uğrunda uzun sürən mübarizəsinin başlanğıcı olub və bu mübarizə 3 əsr sonra Nazarbayevin hakimiyyətə gələrək əsl müstəqillik qazanması ilə başa çatıb”...

Tarixdə qazaxların birləşib monqol istilasına son qoyması Anırakay döyüşündən (1729-cu ilin dekabrı - 1730-cu ilin yanvarı) sonra mümkün olub.
XS
SM
MD
LG