Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 15:05

Qazaxıstan "Borat" filmi üzündən Küveytdən şikayət edir


Qazaxıstan hökuməti Küveytdəki yarışda dövlət himni kimi “Borat” filmindən musiqi səslənməsinə görə Asiya Olimpiya Komitəsinə rəsmən şikayət ünvanlayıb. Şikayətdə Küveyt Atıcılıq Federasiyasının bu insidentə görə məsuliyyət daşıdığı bildirilir.

Qazaxıstanı təmsil edən Maria Dimitrenko qızıl medal alarkən dövlət himni yerinə “Borat” satirik filmindən musiqi səslənmişdi. Təşkilatçılar buna görə artıq üzr istəyiblər.

“Borat” komediyası 2006-cı ildə çəkilib və milli zəmində yolverilməz satiradan istifadə edilməsi bəhanəsiylə Qazaxıstan və ərəb ölkələrində də qadağan olunub.
XS
SM
MD
LG