Qazaxıstanda ingilis dilində «Qardaşım Borat» adlı komediya çəkilir. Komediyanı Qazaxıstanlı rejissor Erkin Rakişev çəkir.
Rejissorun sözlərinə görə, «Qardaşım Borat» iki kefcil gəncin gülməli sərgüzəştlərindən ibarət səhnələrdən ibarətdir.
Belə ki, Con adlı amerikalıya «Borat» filmi o qədər gülməli gəlir ki, o həmin filmdə göstərilən səhnələri öz gözləri ilə görmək qərarına gəlir.
Amma o, Qazaxıstana gələndə xeyli təəccüblənir. Heç də hər şey Saşa Baron Koenin məşhur "Borat" filminin qəhrmanınln təsvir etdiyi kimi deyildi.
«Həqiqət» axtarışında olan amerikalı «qazax jurnalisti» Boratı axtarır. O axtardığını psixi xəstəxanada tapır və birgə doğma şəhərləri olan Kusekə qaçmaq üçün onu yola gətirir.
Amma maraqlıdır ki, belə bir şəhər haqqında Qazaxıstanda heç kim heç nə eşitməyib.
Yolda bəzi gülməli sərgüzəştlər yaşayan bu iki nəfər Kusekə çatır, bu şəhər Qazaxıstnada yox, başqa bir ölkədə yerləşir.
Bundan başqa filmdə həm də "məlum olur" ki, Borat ümumiyyətlə qazax yox, ingilisdir.
"Borat" filminə Qazaxstanın cavabı sayılacaq filmin tezliklə çəkilişinə başlanacaq.
Xatırladaq ki, İngiltərə artisti Saşa Baron Koenin məşhur "Borat" filmi Qazaxtanda olduqca mənfi qarşılanmışdı. Əslində Amerika cəmiyyətini satira atəşinə tutan müəllifin bunu "qazax jurnaslitin" adından etməsi onunla nəticələnmişdi ki, Qazaxstanda bu filmin nümayişi yasaq edilmişdi.