Seçkilər, andiçmə, parad, evlənmə, ötən həftə dünyada baş verən hadisələr fotolarda.
Həftənin şəkilləri: 6-11 may 2012-ci il

1
Əfqanıstanın Herat şəhərində yaşayan Pari evini süpürür. O, hələ 7 yaşında olan Sovet qoşunlarının bombardmanlarına görə əllərini itirib. İndi isə qoca ərini və uşaqlarını əl işləri satmaqla dolandırır. (AFP/Aref Karimi)

2
Osama bin Ladenə bənzədilən bu heykəlin müəllifləri Manolo Castro, Julio Lorente və Alberto Lorentedir. "O" adlandırılan heykəli Kubada 11-ci Mədəniyyət tədbirində nümayiş etdiriblər. (REUTERS/Enrique De La Osa)

3
Qarabağdakı erməni qüvvələri Xankəndində Qələbə Günü qeyd edir, parad keçirirlər. (AFP/Karen Minasyan)

4
Pakistanda 40 dərəcəni keçən istidə sərinləməyə çalışan qız. (AFP/Arif Ali)