Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:08

Christoph Strässer «Eurovision»la birgə insan haqlarına da diqqət çəkməyə çağırır


Christoph Strässer
Christoph Strässer
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı siyasi məhbuslar üzrə həmməruzəçisi Christoph Strässer Ukraynada bu il keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək təklifinə münasibət bildirib. O, öz bloqunda bunun doğru addım olduğunu yazır.

«İdmanı və siyasəti qarışdırmaq olmaz» kimi ənənəvi mövqeni tənqid edən Strässer düşünür ki, belə addımın ancaq Ukrayna ilə məhdudlaşması doğru olmazdı.

Onun fikrincə, Belarusda keçiriləcək xokkey üzrə dünya çempionatı və Azərbaycanda baş tutacaq «Eurovision» mahnı müsabiqəsinə də eyni münasibət göstərmək lazımdır, çünki orda da insan haqları pozulur.

Ukraynanın sabiq Baş naziri Yulia Tymoshenko'ya qarşı Xarkov həbsxanasında törədilən zorakılığı pisləyən Almaniya rəsmiləri bu ölkədə keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək təklifini səsləndiriblər.
XS
SM
MD
LG