Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:05

«Eurovision» ehtirasları «Facebook»dan Milli Məclisə yayılır (AzadlıqFM)


«Eurovision» ehtirasları «Facebook»dan Milli Məclisə yayılır
Gözlə

No media source currently available

0:00 0:52:34 0:00
Direct-ə keçid

«Eurovision» ehtirasları «Facebook»dan Milli Məclisə yayılır

Azadlıq Facebook Məkanında verilişinin mövzusu bu məsələyə həsr olunur: «Eurovision» mahnı yarışmasına siyasi rəng qatmaq olarmı? Proqramın videoyazısına bax

«Eurovision» təşkilatçıları - istər yerli, istərsə də Beynəlxalq Yayım Birliyi faktiki olaraq bir görünməz problem qarşısındadırlar – həbsdə olan müxalifətçilər. Avropa ölkəlrinin mediasında tənqidi yazılar dərc olunur. Azərbaycandan isə «Eurovision»u boykot etmək çağırışları səslənir. Belə müraciətlərdən birini də Müsavat başqanı İsa Qəmbər öz «Facebook» səhifəsində yerləşdirib. Sosial şəbəkədəki ehtirasların əks-sədası hətta parlamentdən gəlir.

Fevralın 17-də Azadlıq Facebook Məkanında proqramında «EUROVISION» MAHNI YARIŞMASINA SİYASİ RƏNG QATMAQ OLARMI? mövzusunda debat keçirildi.

Jurnalist Turan Ibrahimov müsabiqəyə siyasi don geyindirilməsinin əleyhinə olduğunu bildirirdi. Ona etiraz edən Demokratiya Naminə Musiqi kampaniyasinin koordinatoru Rəsul Cəfərov Bakı finalına qədər siyasi məhbusların azad olunmasının zəruriliyini qeyd edib.

Verilişə telefonla Müsavat partiyasının başqanı İsa Qəmbər və millət vəkili Zahid Oruc da qoşulurlar.

Jurnalist Turan İbrahimov: «Mən maraqlandım ki, məsələn, «Eurovision» Serbiyada da daxili siyasi çəkişmə məsələsinə çevrilibmi? Gördüm ki, yox. Yenə biz birinciyik. Müxalifətin «Eurovision» mahnı müsabiqəsini siyasiləşdirib hökumətə qarşı əks-arqument kimi istifadə etməsi bilirsiz nəyə bənzəyir? Şantaja».

«Demokratiya naminə musiqi» kampaniyasının koordinatoru Rəsul Cəfərov: «Biz «Eurovision» yarışmasından bir imkan kimi istifadə edirik, edəcəyik də. Bizim məqsədimiz də birdir - Azərbaycanda Avropanın bölüşdüyü dəyərlər bərqərar olsun. Zahid Oruc vicdan məhbusu olan bir Avropa ölkəsi göstərsin».

Millət vəkili Zahid Oruc: «Kimsə bura gələcək 1500 jurnalisti şəxsi tribunası sayıb, ölkənin daxili həyatına dair bir məsələni müzakirə etməklə hakimiyyət uğrunda mübarizə üçün əlverişli məkan, əlverişli müstəvi, şərait yaratdığını güman etməsin. Bura gələn hər hansı bir bosniyalı ya da qeyri-millət nümayəndəsinin başlıca hədəfi qalibiyyətdir, özünü dünyaya təsdiq etməkdir».

Müsavat başqanı İsa Qəmbər: ««Eurovision»un Azərbaycanda keçirilməsi, xalqın müsbət cəhətlərinin, qonaqpərvərliyinin, imkanlarının dünyaya təqdim olunması böyük şansdır. Amma aydın məsələdir ki, burda problemlər də var. Elə bu barədə də diqqət Bakıya yönələn kimi bizdən qabaq xarici jurnalistlər danışmağa başladılar ki, bu ölkədə korrupsiya var, insan haqları pozulur. Bu mənada bizim mövqeyimizdə təəccüblü heç bir şey yoxdur».
XS
SM
MD
LG