Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:24

Orta məktəb direktoru korrupsiya ittihamı ilə tutulub


Arxiv foto
Arxiv foto
Respublika Prokurorluğunun rəsmi saytında yayılan məlumata görə Füzuli rayonunun 11 saylı Qayıdış qəsəbəsində fəaliyyət göstərən 8 №-li orta məktəbin direktoru Əmir Həsənov saxlanıb. O, mənimsəmə, israf etmə, həmçinin vəzifə saxtakarlığında ittiham edilir:

“Müəyyən edilib ki, 2005-2011-ci illər ərzində məktəbdə faktiki müəllim və texniki işçi vəzifələrində işləməyən şəxslərin adlarına qanunsuz əməkhaqqı hesablayıb. Bundan başqa, keçirilməmiş dərnək və əvəzçilik üzrə dərs saatlarına görə qanunsuz əmək haqqı ödənilməklə, eləcə də keçmiş aylarda ödənilməmiş əmək haqqının qalığı kimi qanunsuz əmək haqqı ödənilməklə dövlətin 73 min 959 manat vəsaiti məktəbin direktoru Əmir Həsənov tərəfindən talanıb.

İstintaq dövründə həmin vəsaitin 40 min manatının rayon Təhsil Şöbəsinin bank hesabına ödətdirilməsi təmin edilib.”

Yayılan rəsmi məlumatda deyilir ki, məktəb direktoru haqqında araşdırma həmin məktəbin müəllimlərindən birinin şikayəti əsasında aparılıb.

Bu ittihamı məhkəmə də haqlı saysa, məktəb direktoru əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Amma hələlik Əmir Həsənovun nə yaxınlarının nə də vəkilinin bu ittihamlarla bağlı mövqeyi səslənməyib.
XS
SM
MD
LG