Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının assienti Mahmud İsmayılov rüşvət almaq ittihamı ilə saxlansa da cərimə ilə azadlığa çıxıb. Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsi qərara gəlib ki, həkim əslində rüşvət almayıb, sadəcə dələduzluq edib, ona görə də sadəcə 600 manat cərimə ödəyib evinə getsin.
Bu barədə APA informasiya agentliyi martın 19-da məlumat yayıb. Xəbərdə qeyd edilir ki, Mahmud İsmayılovu keçən ilin oktyabrında Baş Prokuror yanından Korrupsiya ilə Mübarizə İdarəsi saxlamışdı. O zaman bir vətəndaş İdarəyə müraciət edib ki, Mahmud İsmayılov onun qızının cərahiyyə əməliyyatı üçün rüşvət tələb edir.
Müəyyən edilib ki, Mahmud İsmayılov kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində 1000 manat istəyib. Korrupsiya ilə Mübarizə İdarəsi əməliyyat keçirərərk özünə məxsus avtomaşında 550 manat pulu rüşvət kimi alarkən həkimi həbs etmişdi.
Amma Bakı Ağır Cinayətlər Məhkəməsi bu qərara gəlib ki, həkimin əməli əslində rüşvət almaq yox, dələduzluq olub.