Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:44

Müharibə uşağı


Fotoqraf Rikard Larma bu şəkli çəkəndə Sarayevo mühasirədə, Skender Basic isə hələ 2 yaşında idi.
Fotoqraf Rikard Larma bu şəkli çəkəndə Sarayevo mühasirədə, Skender Basic isə hələ 2 yaşında idi.
-

MÜHASİRƏNİN SİMVOLU OLAN KÖRPƏ

Bugünlər Sarayevoda bu şəhərin 10 mindən çox adamın ölümünə səbəb olan və dörd il sürmüş mühasirə dövrü anılır. İndi 22 yaşında olan Skender Basicin o zaman çəkilən bir fotosu da mühasirə dövrünün simvoluna çevrilib. Həmin şəkildə qıvrım saçlı körpə evin pəncərəsindən barmaqlıqların arasından çıxmağa çalışır.

Indi 22 yaşı olan həmin körpə - Skender Basic deyir ki, mühasirə illərini çox az xatırlayır. Ona görə də indiki anım mərasimləri ilə o qədər də yaxından maraqlanmır.

MÜHARİBƏ FİLMLƏRİNƏ BAXA BİLMİR

Buna baxmayaraq, müharibə deyəsən onun şüurunda iz buraxıb. Basic deyir ki, II Dünya Müharibəsi illərində bacı-qardaş olan iki uşağın üzləşdiyi aclıq əzabından bəhs edən filmə baxanda göz yaşlarını saxlaya bilmir.

Anası ona deyir ki, bu, əslində həm də müharibə acılarından onun altşüuruna hopan xatirələrin oyanması ilə axan göz yaşlarıdır.
Skender Basic, 3 aprel 2012
Skender Basic, 3 aprel 2012

Skender Basic deyir ki, Sarayevonun mühasirəsindən çox az şeylər yadındadır:

- Mesa, Deco adında dostlarım vardı. Bombardman ara verəndə onlarla küçədə oynayırdıq. Bizim küçə bir az snayperlərdən qorunurdu. Dalda yer idi.

Basic xatırlamasa da onu və böyük bacısını qorumağa çalışan müsəlman ata-anası mühasirə illərinin dəhşətlərini unuda bilmirlər.

Mühasirənin simvoluna çevrilən bu şəkli də Skenderin atası, Bosniyanın tanınmış aktyorlarından olan Senad Basic çəkdirib. Fotoqraf Rikard Larma orada olanda atası uşağın da şəklini çəkməyi xahiş edir. Beləliklə də Sarayevonun 1425 gün sürən mühasirəsinin ən məşhur şəkillərindən biri meydana gəlir.

YENİ MÜHARİBƏ QORXUSU

1992-ci ildən başlayıb 1996-cı ilə qədər davam edən və 11 541 nəfərin, o cümlədən də 600 uşağın ölümünə səbəb olmuş mühasirədən sağ çıxan Skender Basic indi hüquq məktəbinə gedir. Filmlərə hədsiz marağı olsa da hüquqşünas olmaq qərarına gəlib.

Skender Basic deyir ki, ətrafda çoxları kimi onun nənə-babası da tez-tez yeni müharibənin ola biləcəyindən danışırlar. Amma o, Sarayevonu tərk etmək niyyətində deyil:

- Mənim planım burada qalmaqdır. Sarayevoda uğur əldə etmək çox yaxşıdır. Müharibəyə gəlincə, mənim fikrimcə, əvvəl-axır o da olacaq. Amma belə tezliklə müharibə baş verəcəyini gözləmirəm.

XS
SM
MD
LG