Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 21:43

Keçmiş düşmənləri birləşdirən futbol həvəsi


Bosnia -Herzegovina - Bosnian Football National Team, undated
Bosnia -Herzegovina - Bosnian Football National Team, undated
Keçmiş Yuqoslaviyanın 3 respublikası bu gün futbol üzrə Avropa Çempionatına vəsiqə qazanmaq üçün play-off oyunlarına çıxır. Xorvatiya Türkiyə, Bosniya-Hersoqovina Portuqaliya, Monteneqro isə Çexiya ilə qarşılaşır.

2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa Çempionatının qaydalarına görə bu mərhələ sonuncudur, evdə və səfərdə keçirilən oyunların nəticələrinə görə cütlərin qalibləri çempionata vəsiqə qazanacaq.


SERBİYAYLA QİYABİ YARIŞ

Bu 3 respublika üçün çempionata qatılmaq təkcə futbol baxımından yox, siyasi baxımdan da önəm daşıyır. Çünki hər 3 keçmiş Yuqoslav dövləti keçmiş Federasiyanın varisi hesab edən Serbiyadan daha bacarıqlı olduqlarını hər cəbhədə sübut etməyə çalışırlar. AVRO-2012-nin seçmə mərhələsində isə Serblər artıq uğursuz olub.


XORVATİYA

Xorvatiya Yuqoslaviya dağılandan sonra artıq Dünya öz adından söz etdirib. Həm futbol, həm də basketbol arenasında. Amma budəfəki oyun xorvatlar üçün böyük önəm kəsb edir. Xorvatlar 2008-ci ilin Avropa Çempionatında ¼ finaldakı dramatik oyunda son dəqiqə qoluyla bərabərə qalıb, sonra da penalti seriyasında uduzduqları Türkiyədən qisas almağa çalışacaqlar. İstanbulda keçirilən oyundan 3 gün sonra cavab oyunu Xorvatiyada olacaq.

Xorvat qonşularından fərqli olaraq Monteneqro və Bosniya ilk dəfə qitə çempionatına bu qədər yaxındırlar.

Monteneqro bundan ötrü Çexiya millisini, Bosniya-Hersoqovina isə Portuqaliyanı yenməlidir.

Amma qəribə də olsa bu iki ölkənin vətəndaşlarının əksəriyyəti öz yığmalarına azarkeşlik etmirlər.



MONTENEQRO

625 minlik kiçik Monteneqronun əhalisinin böyük hissəsi çox vaxt cəmi 5 il əvvəl ayrıldıqları Serbiyanı dəstəkləyir. Çünki əhalinin ¼ biri özünü serb sayır. Amma maraqlıdır ki, Monteneqro komandasının üzvləri fərqli millətlərdəndirlər. ARalarında serblər də var. xorvatlar da, Boşnaklar və Albanlar da.


BOSNİYA-HERSOQOVİNA

Uzun sürən qanlı vətəndaş müharibəsi nəticəsində öncə müstəqlliyini qazanan, sonra isə bir dövlət kimi federasiya şəklində olsa da bütövlüyünü qoruyan Bosniyada isə vəziyyət lap qəlizdir. Birincisi rəqibləri güclüdür. Bu gün Bosniya-Hersoqovina yığması Avropanın güclü komandalarından Portuqaliyaya qarşı mübarizə aparacaq. Bosniyalı futbol azarkeşləri Portuqaliyanın Real Madridli ulduzu Crtistiano Ronaldonu da canlı izləmə şansı əldə edəcəklər.

Məsələni qəlizləşdirən ikinci amil isə, ölkədəki durumdur. Müstəqilliyin 20 illiyi ərəfəsində Bosniya əhalisinin yarısına qədəri Serblər və Xorvatlar təşkil edir.
Etnik serblər və xorvatlar isə adətən öz yığmalarında çıxış etməyə üstünlük verirlər. Üstəlik zaman-zaman futbol azarkeşləri arasında etnik zəmində toqquşmalar da olur, yəni siyasət, vətəndaş müharibəsi xatirələri futbola da qarışır.

Amma maraqlıdır ki, tribunlarda olan bu dava-dalaş, ədavət, köhnə haqq-hesablar futbol meydanlarına, komandalara, oyunçulara təsir eləmir. Ölkənin hələ də tam mənada milli sayılmasa da, yığma komandası var.

Və bu ölkədə futbol yeganə şeydir ki, alban müsəlmanını, xorvatı, serbi birləşdirir. Ən azından tribunada və ya televiziya qarşısında.

Ötən həftə FK Sarajevo klubunu çalışdıran Çex məşqçi Jiri Plisek Bosniyadakı futbolun özəlliyi ilə bağlı çox maraqlı açıqlama verib. Deyib ki, “əgər bu ölkədə hər şey siyasətçilərin istədiyi kimi olsaydı, boşnak boşnaka, serb serbə, xorvat xorvata pas verərdi. Amma futbolda belə olmur. Futbol hər kəsi birləşdirir, çoxmillətlidir. Əgər BOsniya Portuqaliyanı məğlub eləsə bütün ölkə vətəndaşları fəxrlə bu qələbəylə öyünəcəklər. Və daha çox inanacaqlar ki, əgər futbolçular aradakı kin-kidurəti unudub, birləşib uğur qazana bilərlərsə, bu başqa sahələrdə də mümkündür”.

Bosniya yarımmüdafiəsinin ən təcrübəli oyunçususu , bir ara Qalatasarayda da oynamağa macal tapan, indisə Rusiyada, Moskva Dinamosunun formasını geyən Zvjezdan Misimovicdir. Misimoviç Almaniyada serb ailəsində doğulub.

Komandanın qol ümidi olan Mançester Sitili Edin Dzeko isə müsəlmandır, Sarayevoda doğulub. Almaniyada uğurla çıxış edəndən sonra İngiltərə Premyer Liqasına transfer olub.

Müdafiənin dirəyi isə Şotlandiyada,Qlazqo Reyncersdə forma geyən xorvat əsilli Saşa Papaçdır. Papaç Şotıandiyada çempion olanda sevinci Bosniya bayrağına bürünməklə ifadə elədiyi üçün çox populyarlıq qazanmışdı.

Komandanın baş məşqçisi Bosniyanın son 50 ildəki ən yaxşı oyunçusu sayılan müsəlman Saffet Suşiçdir.

Oyunşulardan Misimoviç deyir ki, bu yarışda uğur qazanmaq sıravı Bosniyalılara müharibənin acılarını az da olsa unutduracaq. “Bizim arzumuz onlara gündəlik problemlərini, firkir ayrılıqlarını bir anlıq da olsun unutdurmaq və üzlərini güldürməkdir”.
XS
SM
MD
LG